Qosman Japarov

Qosman JaparovQazaxıstanın Azərbaycandakı diasporunun görkəmli nümayəndəsi

Qosman Japarov
Digər adı Osman paşa
Doğum tarixi
Doğum yeri Semipalatinsk, Qazaxıstan
Vəfat tarixi

Japarov 1 sentyabr 1923-cü ildə Semipalatinsk vilayətində anadan olub.

O, 3 yaşında atasını itirib. Repressiya illərində isə anası Stalinin düşərgələrində ölüb. Böyük Vətən Müharibəsi başlayanda Qosman cəbhəyə yollanıb. Japarov snayper olub. Müharibə başa çatdıqdan sonra onu Qızıl Ordu sıralarında saxlayıblar və gələcək hərbi xidməti Azərbaycanda keçib.

1951-ci ildə Daxili İşlər Nazirliyi sisteminə keçən Japarov cinayət-axtarış şöbəsində müxtəlif vəzifələrdə çalışıb. Polkovnik rütbəsini alan qazaxıstanlı xadim 1970-ci ildə SSRİ partiya orqanlarının mühafizə bölməsinə rəhbərlik edib. Başqa sözlə, həmin vaxt Azərbaycan SSR kommunist partiyasının I katibi işləyən Heydər Əliyevin əsas cangüdəni olub. Azərbaycanda "Osman paşa" kimi də məşhur olan Japarov bu adı məşhur türk generalının şərəfinə Heydər Əliyevdən alıb.

Xeyli yaşlı olmasına baxmayaraq, Osman Japarov 2007-ci ilin sonlarınadək Azərbaycanın Xüsusi Dövlət Mühafizə Xidmətində (XDMX) məsləhətçi kimi çalışıb. O, yüksəkrütbəli şəxslərin mühafizəsi üzrə gənc nəsil hazırlığı məktəbinə rəhbərlik edib.

2009-cu ildə 87 yaşında ikən Bakıda vəfat edib.