Qotland adası

Qotland (isv. Gotland) — Baltik dənizində İsveçə məxsus olan ada. Ada yaxınlığındakı kiçik adalarla birlikdə Qotland vilayətinin Qotland leninə və Qotland kommunasına daxildir. Əhalisi — 56 717 nəf. təşkil edir (2012)[1].

Qotland adası
isv. Gotland
Ümumi məlumatlar
Sahəsi 2994 km²
Hündür nöqtəsi 82 m
Əhalisi 56.717 nəfər (2012-ci il)
Yerləşməsi
57°30′ şm. e. 18°33′ ş. u.HGYO
Ölkə  İsveç
Qotland adası xəritədə
Qotland adası
Qotland adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Qotland kosmik fəzada

Ada ilə materik arasında ən yaxın məsafə 100 km-dir. Sahəsi 2994 km²[2] təşkil edir. Sahəsinə görə İsveçin ən böyük adasıdır. Yaxınlığında yerləşən Foryo (113,3 km²), Qotska-Sandyon (36,54 km²), Lilla-Karlsyo (1,39 km²), Stura-Karlsyo (2,35 km²) və digər adalarla birlikdə Qotland lenini təşkil edirlər. Ada öz növbəsində bir platodur. Əhəng daşı və qumdan təşkil olunmuşdur. Plato 30–50 m arası hündürlüklərlə sahibdir. Ən hündür nöqtəsi isə Loysta-Hed (83 m) təpəsidir. Ən əsas limanı və şəhəri Bisbyudur. Yaşayış məntəqələri: Klintexamn, Burqsvik, Foryusund, Hemse, Slite.

Qotland xəritəsi, 1626 il.

Adada 42 mindən çox tapıntı aşkarlanmışdır. Onların qədimi daş dövrünə aiddir. Burada balıqçı yaşayış mətəqəsinin qalıqları vardır.

Vikinq erası dönəmində Qotland sakinləri aktiv şəkildə ticarətlə məşğul olurdular. Bunu ərəb və Qərbi Avropa ölkələrinə aid metal pullar sübut edir. XI əsrdən Qotland Şərqi və Qərbi Avropa arasında vacib mərkəz rolunu oynamağa başlamışdır. Adanın sahillərində havanalar şəbəkəsi mövcud idi. Belə havanaların birində Visbyu şəhəri meydana gəlmişdir[3].

Orta əsrlərdə Qotlan tacirlri adanın yerləşdiyi coğrafi mövqe ilə əlaqədar dominantlıq edirdilər.

1288-ci ildə Visbyu tacirləri ilə almanlar arasında konflikt baş tutmuşdur. Sonucda şəhərlilər qalib gəlir. Nəticədə daha azad daxili siyasət irəli sürə bilirlər. Bu zaman Visbyu şəhəri ətrafına divar çəkilir. Bununla belə bu şərtlərin İsveç kralı tərəfindən diktə edilməsi səbəvindən krallıq adanın daxili işlərinə müdaxiləni əlində cəmləşdirmişdi.

IV Valder Atterdaq. 1882

1361-ci ildə Danimarka kralı IV Valder Atterdaq ordusu adaya çıxarılır. Qitland kəndliləri Danimarka ağalığına qarşı çıxsalarda bir nəticə əldə edilmir. Əksinə Bisbyu döyüşündə məğlub olurlar. Döyüşdə 2 min nəfər öldürülür. Valmerin şəhərə toxunmayacağı barədə vədindən sonra şəhər qapıları onun üzünə açılır. Döyüşdə ada əhalisinin yetkin kişi əhalisinin yarısı həlak olur. Bununla Qotland Baltik dənizində müstəqil güç olmaq imkanını itirir. Ancaq ticarət əhəmiyyətini hələ yük illiklər boyunca davam etdirir.

Bu dövrdən etibarən Qotland əldən ələ keçir. 1394-cü ildə vilaliy qardaşları adanı ələ keçirərək Baltik dənizində dəniz quldurluğu ilə məşğul olurlar. Dörd ildən sonra adanı Livon ordeni ələ keçirir. 1408-ci ildə onlar adanı Danimarka kraliçası I Marqaritaya verir. 1436-cı ildə İsveç kralı Erik Pomeran hakimiyyətdən uzaqlaşdırılır. O, Qotlanda gəlir və Vısborq qəsrini inşa etdirir.

XV əsrdə də Qotland Danimarka kralı və İsveç reqentası arasında mübahisə pridmeti olur. Ərazi baxımından Danimarkaya məxsus olsa da dini baxımından 1530-cu illərdə Linçyopinq eoarxiyasına daxil idi. Adaya sahib olanlar vaxt aşırı müstəqil hərəkət edirdilər. Qotlandın Danimarka ərazisi olmasını 1570-ci ildə qəbul edir.

XVII–XVIII əsrlərdə qədimqut dilləri isveç dilinin təsirinə məruz qalır.

Bryomsebru sülhünə əsasən ada İsveçin ərazisi olur. Skone uğrunda müharibəsi dönəmində üç il müddətində Danimarkanın nəzarətində olmuşdur.

1679-cu ildən Qotland İsveçə məxsus oluşdur. Rus-İsveç müharibəsi (1808–1809) zamanı adanı ruslar işğal edərək rus vilayəti elan edirlər. Qoltlan əhalisinin böyük əksəriyyəti isveç dilinin Qotland şivəsində danışırlar.

150 nəfərdən ibarət olan dəniz motopiyada bölüyü 2016-cı ilin sentyabrında adada təlim keçirdikdən sonra burada qalmaq barədə əmr almışlar. Əvvəllər Qotlandda olan daimi kontinqent 2005-ci ildə adanı tərk etmişdir.

  1. "İsveç kommunalarının əhalisi (31. 12. 2012)". 2016-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-04.
  2. "Statistiska Centralbyrån". 2008-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-04.
  3. "Qotland". 2015-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-04.