Qou-Qou, gecə klubunda insanları əyləndirmək üçün qou-qou rəqqasları tərəfindən həyata keçirilən bir erotik rəqs növüdür[1].
Go-go termini adını Parisin Whiskey à Gogo rəqs kafesinin adından götürmüşdür. Bu kafe də öz növbəsində adını fransızca à gogo (ifrat, bolluq) ifadəsindən almışdır[2]. Fransızca olan bu kəlmə isə qədim fransız dilindəki la gogue (sevinc, xoşbəxtlik) sözündən əmələ gəlmişdir[3].