Qovuç

Qoğuç - türk, yakut, qırğız və altay şamanizmində Şeytan çıxarma, Cin qovma, Şeytan qovalama (eksorsizm) mənalarını verən bir sözdür. Pis ruhların kənarlaşdırılması əməliyyatıdır. Qərb xristianlığında şeytan çıxarma əməliyyatı işgəncə də daxil hər cür üsulu mübah qəbul etmişdir və orta əsrlər bu tip proqramlara səhnə olmuşdur. Ancaq şamanist ənənədə isə belə hadisələr görülməz. Ruhları görüb insanlardan uzaqlaşdıra bilən kəslərə Qovucu/Quvuçu/Kuvucu/Kuğuçu/Kuğunçu deyilir. Pis ruhu bir dəfə tutan adam qovucu olmağa haqq qazanmış deməkdir. Söz, "qovmaq" feli ilə əlaqəlidir.

Şaman tərəfindən cin dəyən adamın üzünə soyuq su səpilərək "qovuç, qovuç!" deyə müraciət ediləcəkdir. Üzərlik və öd ağacları yandırılaraq tütsü edilər, bununla xəstə və olduğu oda tütsülənir. "Qovuz" sözcüyü də cin vurmasına qarşı edilən efsun, üfürün, urasa kimi mənalara gəlir.

Quğuçuların müalicə üsulları arasında qəti bir tətbiq yoxdur. Qırğızlara görə Quğuçunun xəstənin yanında olması kifayətdir. Məsələn, onun orada tapılması Albastı'yı qorxudub qaçırmağa və qadının sağlam bir doğum etməsi üçün kafi olar. Bəzən hər hansı bir səbəbdən ötəri gələ bilmədikləri təqdirdə, onun geyimi və ya hətta başlığının gətirilməsi belə kafi ola bilməkdədir. Qırğızlara görə bu insanlar həm Qara Albastı həm də Sarı Albastıyı qorxutmaq gücünə sahibdirlər.

Qoğuçu[redaktə | mənbəni redaktə et]

Qoğuçu (Qovucu/Quvuçu/Kuvucu/Kuğuçu/Kuğunçu), cinlərlə məşğul olan şəxslərə deyilir. Çoramun və ya Şoramun olaraq da ifadə edilər. Cin çıxarıcı, cinci müəllim. Digər dünyaya aid varlıqların yarım, əskik, tək orqanlı olmaları səbəbiylə onlarla məşğul olan bu cür insanların da, fikrən və ya bədənlə yarım olduqları və ya gələcəkdə ola biləcəkləri inancı məşhurdur. Bu anlayış çarpılma, çarpıq, çarpılmış kimi sözlərlə ifadə olunur. Bu varlıqlarla məşğul olmaq təhlükəlidir.

Mənbə[redaktə | mənbəni redaktə et]