Qoyun kəllələri

Qoyun kəllələri (və ya "qoyun alınları") — yamacları dairəvi çıxıntılı, yaxud ovalşəkilli alçaq təpələr. Dördüncü dövr örtük buzlaşması vilayətlərində buzlaq eroziyası nəticəsində ana süxurlarda əmələ gəlmiş, buzla cilalanmış və cızılmış qaya çıxıntılarıdır. Hərəkət edən buzlağa doğru yönəlmiş yamacı maili, hamar, cilalanmış, əks yamacı isə dik, kələ-kötürlü və üzərində qopardılmış süxur parçaları izi olur. "Qoyun kəllələri" toplusu özünəməxsus relyef tipi əmələ gətirir ki, bu da "qıvrım qayalar" adlanır.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Qoyun kəllələri // Geomorfoloji terminlərin izahlı lüğəti. Bakı: "Elm". 2012. səh. 170. ISBN 978-9952-453-14-0.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]