Qoyundağı adası

Qoyundağı adası[1]Urmiya gölündə yerləşən sahəsinə görə ikinci böyük ada. İnzibati cəhətdən İrannın Şərqi Azərbaycan ostanı ərazisinə daxildir. Onun uzunluğu 9 km, eni isə 4 km-dir. Şirin su mənbəyinə malikdir. Zəngin otlaqlar və münasib hava şəraiti burada heyvandarlığın inkişafına inkan verir. Bununla yanaşı, həmin adalarda turizm üçün də şərait mövcuddur. Göldə çeşidil köçəri quşlarla yanaşı, ördək, kəklik, yaşılbaş ördək, qaz, ağbaş ördək, habelə dağ keçisi, maral da var. Bununla belə xaricilərin özbaşına ovçuluğu adanın faunasına çox ciddi zərbə vurub.

Qoyundağı adası
Ümumi məlumatlar
Hündür nöqtəsi 1468 m
Yerləşməsi
37°28′49″ şm. e. 45°37′15″ ş. u.HGYO
Ölkə  İran
Vilayət
Akvatoriya
Qoyundağı adası xəritədə
Qoyundağı adası
Qoyundağı adası
  1. "Qoyundağı adası" (az.)). mapcarta.com. 2016-12-21. 2016-12-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21-12-2016.