Qoza — 1995-ci ildə rejissor və ssenarist Nuri Bilgə Ceylanın çəkdiyi Türkiyə filmi.
Koza filmi rejissorun debüt filmidi. 20 dəqiqəlik film “Kann festivalı”nın da qısa filmləri arasında nominant olub. Nuri ilk filmdəcə tərzi ilə diqqətləri cəmlədi. Kamera səssiz olduğundan, səs filmə sonradan əlavə olunub. Filmdə əsas rolları Nurinin ata və anası ifa edib. Film simvolikalarla zəngindi. Bir növ insan düşüncəsi ilə uyğunlaşdırılıb. Bunun nəticəsi olaraq ilk baxışdan qarmaqarışıq bir film yaranıb.