Qradiyent doldurma, dərəcəli doldurma

Dərəcəli doldurma növləri: xətti
Dərəcəli doldurma növləri: künc
Dərəcəli doldurma növləri: dairəvi

Qradiyent doldurma, dərəcəli doldurma(ing.gradient fill, ru.градиентная заливка) — kompüter qrafikasında: qrafik obyektin müəyyən (açar) nöqtələrinin rəngini və şəffaflığını verməklə qalan nöqtələrin rənginin və şəffaflığının riyazi alqoritmlər vasitəsilə onlara nəzərən hesablanmasından ibarət doldurma növü. Bu yolla başlanğıc və son nöqtələrin koordinatlarını verməklə bir rəngdən başqa bir rəngə axar keçidlər almaq olar. Dərəcəli doldurmanın əsas növləri bunlardır: xətti – açar nöqtələr bir düz xətt boyunca yerləşir; dairəvi – birinci açar nöqtəyə nəzərən konsentrik çevrələr qurulur ki, onların da rəngi qalan açar nöqtələrin yerləşməsindən asılı olur; künc – açar nöqtələr çevrə boyunca yerləşir; əksolunmuş – xəttiyə bənzəyir və iki hissədən (xətti qradiyentdən və onun güzgüdə xəyali əksindən) ibarət olur; almaz – almazı xatırladır.

  • İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.