Bu məqaləni vikiləşdirmək lazımdır. |
Qrafleks (ing."flexible graphite ") — çevik qrafit — və ya penoqrafitdir.
Bu maddəni almaq üçün qrafit tozuna nitrat turşusu hopduraraq, onu reduksiyaedici mühitdə sürətlə qizdirirlar. Bu zaman nitrat turşusu parçalanır və alınan qazların təzyiqi altında layları bir-birindən ayrılaraq köpüklənir. Alınmış yüksək məsaməli, əyilə bilən materialı yaxıb, ştamplayırlar.
Qrafleks korroziyaya uğramır və yüksək temperatur zonalarında rezin və metal istifadə etmək mümkün olmadıqda, doldurucu kimi istifadə olunur.
Fenolformaldehid qatranını hava daxil olmadan 800oC-də pirolizə uğratdıqda şüşəkarbon alınır. Bu material turşu və əsaslara qarşı davamlıdır. Ondan hazırlanmış qablar bir çox xassələrinə görə platindən üstündür.
Mühüm konstruksiya materiallarından biri də piriqrafitdir. Piroqrafit təbii qrafitin sıxılmasından alınan yüksəkdavamlı materialdır.
Bunun üçün təbii qrafit yüksək temperaturda metan atmosferində közərdilir, metanın pirolizindən alınan karbon qrafitin məsamələrini və defektlərini doldurur. Nəticədə, sıxlığı təbii qrafitdən 1,5 dəfə çox olan piroqrafit əmələ gəlir. Piroqrafitdən ürəyin süni klapanlarını hazırlayırlar.
Polimer sap və parçaların pirolizi yolu ilə karbon lifləri alınır. Bu material doldurucu kimi plastik materiallara daxil edilir, onlara yüksək davamlılıq və elektrikkeçirmə xassələri verir. karbon lifləri, həmçinin istilik pərdələri və elastik elektrik qızdırıcılarının hazırlanmasında istifadə olunur.