Qrampian geosinklinalı

Qrampian geosinklinalı[redaktə | mənbəni redaktə et]

Qrampian geosinklinalı-proterozoyda və aşağı paleozoyda Rus və Şimalı Amerika platformaları arasında mövcud olmuş geosinklinaldır. Qrampian geosinklinalının inkişafı siluradək davam etmişdir. Qrampian geosinklinalının qırışıqlarının çox hissəsi Atlantik okeanı səviyyəsindən aşağı çökmüşdür. Müasir dövrdə qrampian geosinklinalı qırışıqlarının ayrı-ayrı hissələri Şpisbergenin qərb sahilboyunda, Skandinaviyada, Şotlandiyada və Şim.Appalaç dağlarında, habelə Qrenlandiyanın şərq sahilboyunda qalmışdır.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Ş.G.Həsənov, S.B.Məmmədov, Y.Q.Əliyev. İzahlı Ensiklopedik Coğrafiya Terminləri Lüğəti « Təhsil» Bakı- 2005.