Qrekovun villası — Rostov vilayəti Taqanroq şəhəri ərazisində yerləşən bina. Bina XIX əsrin dördüncü yarısında inşa edilmişdir. Çexov küçədi, ev 121 ünvanında yerləşir. 4 fevral 1976-cı il qərarı ilə regional əhəmiyyətli mədəni irs siyahısına daxil edilmişdir[1].
Qrekovun villası | |
---|---|
rus. Особняк Грекова | |
47°12′35″ şm. e. 38°55′12″ ş. u. | |
Ölkə | Rusiya |
Şəhər | Taqanroq |
Tikilmə tarixi | 1820 |
Qrekov villası Taqanroq şəhərində klassizm stilində inşa edilən ən yaxşı binalsrdan biridir. Şəhərin tipik bağçalı binalarına bənzəyir. Hər kolonna lepkalar ilə bəzədilmişdir. Əsas çıxış ön fasadda yerləşməməsi onun çatışmazlıqlarından sayılır[2].
Villa Çexov küçəsi ilə Sobornaya xiyabanın kəsişdiyi ərazidə 1820-ci ildə inşa edilmişdir. Bina Dmitri Yevfokimoviç Qrekov binanı oğlu Timofey Dmitrieviç Qrekov üçün tikfirmişdi. O, Rus-Türk müharibəsi 1787–1791, Napoleon müharibəsi 1805–1807 və Vətən müharibəsində iştirak etmişdir. Arxitekturası o dövrün uyğun tərzdə inşa edilmişdir. Xiyaban istiqamətdə yeddi pəncərə vardır. Çıxış qapısı həyətə açılır.
Üç ildən sonra Timofey Dmitrieviç Qrekovun oğlu olur. O rus ordusunda general rütbəsinə qədər qalxa bilir. 1831-ci ild Timofey Dmitrieviç Qrekov həyatını itirir. Bina tədricən dağılmağa başlamışdır. 1840-cı ilə Timofey Dmitrieviç Qrekovun yeganə vərəsəsi Nikolay bütün sərvətə sahib çıxır. O, binanın təmiri üçün bankdan pul götürür. Əmanət olaraq bina qoyulur. Binanın həyətində hovuz inşa edilmşdir. Bu hovuz yağış sularını toplamağa hesablanmışdı.
Xərclər gəlirləri artdığından Qrekov krediti ödəyə bilmir. Bu səbəbdən bank evi əlinə almalı olur. Qrekovlar ailəsinin adına xərər gəlir. Binanı tacir Yakov Xlıtçev əldə edir. 1898-ci ildə binanın qiyməti 3000 rubl qiymətləndirilirdi. 1906-cı ildə binanı Sandre Şiqlovoy əldə edir. Onun qiyməti 63000 rubla qədər artır. Binanın son sahibi 1911-ci ildən Karl Fedinandoviç Yunq və Sofya Yefimovna Bronevkaya olmuşdur. Binanın qoyməti 20 000 rubla qədər qalxır. Onlar binanı iltizama verirlər[3].
Bina sovet dönəmində milliləşdirilmişdir. Bundan sonra bina kommunal mənzzillər kimi istifadə edilmişdir. Bu dövrdə bəzi elementlər binadan götürülmüşdür. Bina Böyük vətən müharibəsi dönəmidə zərər görmüşdür. 1994-cü ildə isə binanı Doninvest bankının filialı alır".