Qrenlandiya Universiteti

Qrenlandiya Universiteti

Qrenlandiya Universiteti (qrenl. Ilisimatusarfik) — Qrenlandiyanın paytaxtı Nuukda yerləşən universitet. Əsas dərslər danimarka və qrenlandiya dillərində keçirilir. 150 tələbəsi vardır, hamısı yerli sakinlərdir. 14 müəllimi və 5 inzibati-texniki işçisi vardır. Universitetin illik büdcəsi 14,8 milyondur.

Dörd fakültəsi vardır:

  • İqtisadiyyat və menecment
  • Filologiya, ədəbiyyat və jurnalistika
  • Mədəniyyət və sosial tarix
  • Teologiya

Bütün fakültələrdə bakalavr hazırlığı, üç fakültədə (telogiyadan başqa) magistr hazırlığı keilir. Fəlsəfə doktorluğu da aparmaq mümükündür, hal-hazırda universitetydə 5 fəlsəfə doktoru vardır.

Kitabxanada 18 min kitab vardır.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]