Qreyfrayers qəbiristanlığı — Şotlandiyanın Edinburq şəhərində məzarlıq.
Edinburq şəhərinin tarixi hissəsində yerləşən bu qəbiristanlıq qədim tarixə malikdir. 1561-ci ildə salınan məzarlığın dünyada tanınmasına Bobbi adlı it səbəb olub. Bobbi 14 il öz sevimli sahibinin məzarından bir addım olsun belə aralanmayıb. İtin ölümündən sonra sahibinin şərəfinə onu məzrlığın darvazaları ağzında basdırıblar. Deyilənə görə bu məzarlıqda da tez-tez ruhlar görünür. Ruhlar ən çox 1691-ci ildə dəfn olunmuş hüquqşünas Corc Makenzinin məzarında peyda olur. 1990-cı ildən 2006-cı ilə qədər bu məzarlıqda 350 adam ona ruhun hücum etməsi barədə məlumat verib. Baş vermiş hadisələr barədə televiziyada xüsusi reportaj da hazırlanıb[1].