Qrikinq

“Moltanı dili”, qrikinq (ing.greeking, ru.“китайская грамота”, грикинг) — 1. Ekrana verilərkən həddindən artıq kiçik olan və ya oxunmaz olan mətnin əks etdirilməsi üçün boz rəngli düzbucaqlıların və ya qondarma simvolların tətbiqi. Bu üsuldan, məsələn, masaüstü nəşriyyat sistemlərində istifadə olunur; belə ki, istifadəçi bir və ya iki səhifənin strukturuna baxmaq istəyir, ancaq verilmiş çözümlülükdə mətnin özünü dəqiq vermək mümkün olmur.

2. Qrafik mühitdə: sənədin strukturunu göstərmək üçün onun tərkibini nəzərə almadan maketdə qondarma mətndən istifadə edilməsi.

Qrikinq

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.