Qrossheym şaxduranı (lat. Alchemilla grossheimii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin şaxduran cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir –NT. Azərbaycanın nadir növüdür.
Qrossheym şaxduranı | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Yarımtriba: Cins: Növ: Qrossheym şaxduranı |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
Çoxillik tünd-yaşıl ot bitkisidir. Gövdə 25 sm-ə qədər hündürlükdədir. Kökyanı yarpaqlar 2,5-5 sm uzunluğunda, 4-6 sm enində, böyrəkvari və ya dairəvi-böyrəkvari, bir qədər dalğalı və ya hamar, hər iki tərəfdən 7 bölümlü qövsvari və ya yarımdairəvi bölümlü, aydın görünən kəsikli, aralarında 5-6 yarım yumurtavari, küt dişiciklidir. Gövdə yarpaqları çox qısa bölümlü və çox dərin bölünmüş yarpaqaltlıqlıdır. Çiçək qrupu uzun budaqlı, kasa yarpaqları eynidir.
Çiçəkləmə iyun, meyvələmə avqust aylarına təsadüf edir. Alp və subalp çəmənlərində bitir. Çoxalması toxumladır. Kriptofitdir. Dərman bitkisidir.
Böyük Qafqazın Quba hissəsi, Kiçik Qafqazın şimal və mərkəzi hissələri, Naxçıvanın dağlıq hissəsidir.
Populyasiyada azalma tendensiyası müşahidə olunur.
Əhali tərəfədən aparılan intensiv otarılma və tapdalanma, populyasiyanın zəif təkrarlanması.
Mühafizəsi üçün xüsusi tədbirlər görülmür. Yayılma yerlərində antropogen təsirlərin qarşısının alınması üçün yasaqlıqların yaradılması təklif olunur. Yeni yayılma sahələri aztarılmalıdır.