Bu məqaləni vikiləşdirmək lazımdır. |
Qrupun sosioloji inkişaf planına uyğun olaraq şəxsiyyətlərarası münasibətlərin tənzim edilməsi çox mürəkkəb, lakin əhəmiyyətli məsələdir. Onun müxtəlif çalarlarını ayırd etmək olar. Bütün hallarda kollektivdə şəxsiyyətlərarası münasibətlərin tənzim edilməsi konflikt şəraitinin yaranması imkanının vaxtında aradan qaldırılmasını nəzərdə tutmalı və məhz bu istiqamətdə yönəldilməlidir.
Qrup canlı təsisatdır. O da dialektika qanunlarına tabedir. Bu mənada məsələ heç də qrupda konfliktin olub-olmamasında deyildir. Ən başlıca məsələ konfliktin mənəvi məzmunundadır, konstruktiv, yaradıcı, işgüzar xarakter daşımasındadır. Bu cəhəti nəzərə alsaq, konfliktin konstruktiv və destruktiv funksiyalarını fərqləndirə bilərik.
Sosial psixologiyada qrupdaxili konfliktlərin təsnifatı hələ müəyyənləşdirilməyib. M. R. Bityanova onların aşağıdakı növlərini təsvir etmişdir:
Hər bir real konflikt prosesdir. Bu baxımdan sosial psixologiyada konfliktin aşağıdakı mərhələləri fərqləndirilir:
Yaranmış obyektiv şəraitdən asılı olaraq konflikt ancaq birinci və ya ikinci mərhələ ilə məhdudlaşa bilər. Bir çox hallarda isə konflikt tədricən bir mərhələdən digərinə keçir.
Rəhbər işçi konflikt şəraitini sosial-psixoloji planda təhlil edərkən onu realistcəsinə qiymətləndirməlidir. Bunun üçün aşağıdakı cəhətlərə xüsusi diqqət yetirmək lazımdır:
Konflikt həm də mədəniyyət problemidir. İşçilərin mədəni səviyyəsi aşağı olduqda, hətta öz-özlüyündə çox əhəmiyyətli olan işgüzar konfliktlər belə, asanlıqla məhdud şəxsi konfliktlərə çevrilir.
Qrupda destruktiv konfliktlərin yaranması imkanlarını aradan qaldırarkən konstruktiv konfliktlərin rolunu artırmaq lazımdır. Məhz buna görə də qrupda sosial-psixoloji iqlimin optimallaşdırılması üçün konfliktin müsbət imkanlarından məharətlə istifadə etmək lazımdır.
Ümumi psixologiya