Quşlu çeşmə üzərində qırxpillə

Quşlu çeşmə üzərində qırxpillə - Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun Yuxarı Əylis kəndində 16-18 əsrlərə aid Quşlu çeşmə kəhrizi üzərində inşa edilmiş tarixi abidə.

Tarixi[redaktə | mənbəni redaktə et]

Onun inşasında əsasən yerli materiallardan və tuf daşlarından istifadə edilmişdir. Abidə kəhrizin yer səthinə çıxışının sonunda meyilli relyef şəra- itinin nəzərə alınması prinsipində inşa olunmuşdur. Abidənin hündürlüyü 2,2 m, eni 1,4 m, suyun çıxışının töküldüyü hovuzdan olan hündürlüyü 0,8 metrdir. Kəhrizin Quşlu çeşmə adlandırılması abidənin üzərində, suyun axdığı novun sağ və sol tərəfində daş üzərində həkk olunmuş quş rəsmlərinə görədir. Abidənin ətrafında aparılan bərpa işləri onun qarşı tərəfdən görünüşünü məhdudlaşdırmışdır[1].

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Naxçıvan abidələri ensiklopediyası", Naxçıvan, AMEA Naxçıvan bölməsi, 2008, səh. 288.