Quançilər

Quançilər— Kanar adalarının yerli sakinləri.

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Kanar adalarında 3 min il bundan əvvəl məskunlaşmış quançilər hardan gəldiyi hələ də məlum deyildir.Quançi-bunlar ağ dərili,uzun boylu,mavi gözlü və kürən saçlı insanlar olubdur.

Arxeoloqlar hələ də onlar haqqında tutarlı bir bilgiyə sahib deyillər.Adada yaşayan tayfa hətta donanmaya belə sahib olmayıb.Buna baxmayaraq onlar bir arxipelaqdan digərinə asanlıqla üzərək gedərmiçlər. "Quançi" sözünün mənası isə "vulkanın uşaqları" mənasını verir. Qədim əfsanələrə görə isə öyrənmək olar ki, bu tayfanın əcdadı Terenifdəndir. Bu kanar adalarındakı ən yuksək vulkandır.Quançilər özlərinin dələrək düzəltdiyi mağaralarda yaşayırdılar.Tayfa sakinləri heyvan dərisindən olan paltarlarda gəzirdilər.Bəzən isə tamamilə çılpaq.Quançilər gələcək nəsilə qarşı çox qayğıkeş davranırdılar. Lakin bu müasir nəsil üçün bir qədər qəribə görünür.Bütün qızları onlar xüsüsi yerə göndərirdilər.Hansı ki, onlar ərə gedənə qədər burda olurdular.Bu yer "mone " adlanırdı.Hazırlıq bundan ibarət idi ki, burda onlar qızları 100 kiloya qədər kökəldirdilər. Məhz bu ənənə onlarda gözəllik etalonu hesab olunurdu. Quançilərin bir-biri ilə əlaqə saxladığı danışıq dili isə adamı heyrətləndirir. Tayfanın iki sakini bir-birinin yaxınlığında dayanaraq heç bir söz demədən sadəcə dodaqlarını tərpədirdilər. Bununla belə onlar bir-birini çox yaxşı başa düşürdülər. Uzaq məsafədən isə onlar müxtəlif intonasiya və fitlərlə əlaqə saxlayırdılar.Bunlar müxtəlif uzunluqda olurdu.

Normandiyalı Jan de Betankur yazırdı:

"Bu adada möhtəşəm bir dilə sahib uzun boylu insanlar yaşayır. Onlar təkcə dodaqları ilə danışır.Sanki heç dilləri yoxdur. Tayfanın əfsanəsinə görə onların əcdadalarını rəhbəri tayfa sakinlərinin hamısın dilini kəsməyi əmr etmişdir ki, onların heç biri allahların dilində daha çox danışa bilməsinlər."

Ən maraqlısı burasındadır ki,fitin köməyi ilə onlar hətta 15 km məsafədən belə əlaqə yarada bilirlərmiş.Quançi tayfasını özü çoxdan yer üzündən silinmişdir. Kanar adalarının sakinləri isə çoxdan müxtəlif tayfalarla və dünyanın müxtəlif xalqları ilə qarışmışdır.

Daha maraqlı bir fakt ondadır ki, onların nəhəng Bardino adlı itləri olmuşdur.Bu cinsin böyük bərəlmiş gözləri və hirsli xasiyyəti olmuşdur. Bu itlər onları qoruyurdular. Quançilərdən fərli olaraq bu cinsin törəmələri hələ də Kanar adalarında vardır.

Qunçilər də misirlilər kimi ölülərdən mumiya düzəldirdilər.Tədqiqatçı Eliot Smit öz kitabında yazırdı:" Quançi tayfasının sakinlərindən biri öldükdə onu dərin bir mağaraya aparır və bir daşın üzərinə qoyurlar. Daha sonra bütün daxili orqanlarını təmizləyirdilər.Daha sonra onlar bədəni duzlu su ilə yuyur, quzu yagı sürtürdulər. Sonra ölmüş adamın bədənini 15 gün ərzində günəşin altinda qurudurdular. Meyit tamamilə quruduqdan sonra isə onu qoyun dərisinə bükürdülər və yaşayış yerinə yaxın mağarada yerləşdirirdilər." Qədim tayfadan hələ divar yazıları qalmışdır.Alimlərdən heç biri hələ də bu yazıların sirrini açmağa müvəffəq olmamışdır.Bu yazılar dünyadakı heç bir dilə oxşamır. Divardakı yazıların hasablamalara görə təqribən 2-2,5 min il yaşı vardır.