Quandl ədədi göstəricilərin axtarış sistemidir.[1] Sayt bir neçə milyon maliyyə, iqtisadi və sosial sahələrə aid informasiya bazasına girişi təmin edir. Quandl bazasını çoxsaylı mənbələrdən təmin edərək istifadəçilərin rahat axtarış aparmasına və müxtəlif formatda yükləməsinə imkan verir. Bütün Quandl məlumatlarının bir API vasitəsilə idarə edilməsi mümkündür.[2] API girişi aşağıdakılar daxil olmaqla çoxsaylı proqramlaşdırma dilləri vasitəsilə mümkündür R, Python, Matlab və Stata.[3][4]
Quandl | |
---|---|
URL | quandl.com |
Tipi | axtarış sistemi |
Proqramlaşdırma dili | Python |
Açılma tarixi | 2011 |
Quandl göstəricilər bazasının mənbələrinə BMT, Dünya Bankı, Eurostat və daha bir neçə yüz nüfuzlu mənbələr daxildir.[5][6].
Axtarış sistemində həmçinin Azərbaycan üzrə çoxlu sayda göstəriciləri də tapmaq mümkündür.