Bu məqaləni vikiləşdirmək lazımdır. |
Quantanamo – Kubanın cənub-şərq hissəsindəki Quantanamo əyalətində yerləşən körfəzdir (19° 54′ 0″ N, 75° 9′ 0″ W). O, adanın cənubunda yerləşən ən böyük limandır və uca təpələrlə əhatə olunmuşdur.
Quantanamo körfəzi | |
---|---|
|
|
Ölkə | |
Vikianbarda əlaqəli mediafayllar |
ABŞ Quantanamo körfəzi ərazisinə idarəetmə nəzarətini 1903-cü ildə imzalanmış Kuba-Amerika müqaviləsinə əsasən öz üzərinə götürmüş və bu ABŞ-yə Kuba hökumətinin təsiri olmadan bu ərazini əbədi olaraq idarə etmək imkanı yaratmışdır. Hazırkı Kuba hökuməti ABŞ-nin Quantanamodakı fəaliyyətini qanunsuz hesab edir və Kuba-Amerika müqaviləsinin 1969-cu ildə imzalanmış müqavilə qanunları üzrə Vyana Konvensiyasının 52-ci bəndinə zidd olduğunu bildirir (hədə qorxu və ya güc tətbiq etməklə ölkəni məcbur etmək).
Körfəzin cənub hissəsi 1898-ci ildə əsası qoyulmuş Quantanamo körfəzi hərbi dəniz qüvvələri bazası ilə əhatə olunur. Ötən bir neçə ildən bəri körfəzdə Əfqanıstan və dünyanın bir sıra başqa ölkələrindən olan və şübhəli kimi saxlanılan hərbi əsirlər üçün nəzərdə tutulmuş təcridxana fəaliyyət göstərir.