Quarani müharibəsi[1] (isp. Guerra Guaranítica, port. Guerra Guaranítica) — 1754-1756-ci illər ərzində Quarani qəbilələri və İeuzit reduksiya ailələri ilə İspan və Portuqal birləşmiş qüvvələri arasında baş vermişdir. Müharibənin nəticəsi olaraq Madrid anlaşması bitmiş və bununla da Cənubi Amerikada müstəmləkələrin sərhədləri dəqiqləşmişdir.
Quarani müharibəsi | |||
---|---|---|---|
Tarix | 1756 | ||
Yeri | Cənubi Amerika | ||
Münaqişə tərəfləri | |||
|
|||
İtkilər | |||
|
|||
Ümumi itkilər | |||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
1750-ci ildə bağlanmış Madrid anlaşmasına görə Cənubi Amerikada müstəmləkə sərhədləri müəyyənləşir. Sərhəd Uruqvay çayı olaraq götürülür. Portuqaliya çayın şərq sahillərində torpaq sahələri əldə edir. Çayın bu hissəsində olan İezuit ailələri (San-Miqel-das-Misoys, Santu-Anjelo, San-Lorenso-Martir, San-Nikolas, San-Xuan-Baustisa, San-Luis-Qonzaqa və Barjo) 29 000 əhali ilə çayın qərb sahilinə köçürülməli idi. Bu əhalinin cəmi bir il ərzində köçürülməsi təmin edilməli idi.
Quaraniləri dirənişlərindən çəkinən və bundan istifadə edə bilərək itirilmiş bölgələrdə tax-tacdan kənar dövlət qura bilmələrindən çəkinən krallar, İspaniya və Portuqaliya dövlətləri arasında gizli anlaşma imzalayırlar. Bu anlaşmaya görə dirəniş baş verərsə lazım gəlsə «hinduları və bölgənin əhalisi» zorla köçürülməlidir[2].
Dəfələrlə uzatmalara baxmayaraq iezuitlər İspaniya dövlətinin qərarını sabotaj edərək dövləti Quaranilərin üsyani ilə hədələyir. Onlar hətta yuxarı çinli məmurları ələ almağa çalışırlar. 1754-cü ildə iezuitlərin bir qismi misiyaları idarə etməkdən imtina edirlər. San-Miqel reduksiyası (dörd reduksiyanın başında) 9 000 quarani ilə birlukdə bölgəni tərk etməkdən imtina edir. Paraqvay vilayətinin iezuitləri üsyanı dəstəkləyərək ona qoşuldular. Bu isə İezuit ordeninin ləğini labüt edirdi. 1754-cü ilin mayında Buenos-Ayres qubernatoru 2 minlik ortu ilə üsyançıları üzərinə istiqamətlənir. İspan qoşunu məğlub edilir. Bundan sonra iesuitlərə qarşı düşmənçilik istər İspaniya istərsə də Portuqaliyada güçlənir[2].
1756-cı ilin fevralında ispaniyalı və portuqaliyalılardan ibarət 3 minlik ordu yaşayış ərazilərinə hücuma keçir. 7 fevralda hinduların komandanı Xose Tiaraju həlak olur. 10 fevralda isə komandansız qalan hindu ordusu darmadağın edilir. Nəticədə 1 311 hindu həlak olur. Buna nisbətdə isə koloniyaçıların ordusunun itkisi dörd ölü və 30 yaralıdan ibarət olur.
Döyüşdən sonra ispan-portuqal qüvvələri yeddi misiyanı işğal edirlər. İezuitlər hinduları üsyana təhrik etdiklərini təsdiq edilər. Misiya torpaqları isə hinduların istifadəsinə verilir.
1759-cu ildə Portuqaliya iezuit ordeninin koloniya və mrtropoliyalarda fəaliyyətini qadağan edir. Bununla da iezuit ordeninin tamamən ləğvinin əsası qoyulur. İki ildən sonra El-Pardo anlaşması imzalanır. Bu anlaşma ilə Madrid anlaşması ləğv edilir. İspaniya yeddi misiya ərazisini özündə saxlayır. Bölgəni tərk etmiş quaranilərin bir qismi geri qayıdır. Elə həmin ildə ispan ordusu Koloniya-del-Sakrenento şəhərinə hucum təşkil edirlər. Bu yürüşdə hətta 1800 nəfər qüvvə ilə iezuitlərin rəhbərləri Xose Kardela və Seqismundo Asperqerada iştirak etmişdir.