Quba Olimpiya İdman Kompleksi

Quba Olimpiya İdman Kompleksi — 16 hekatarlıq ərazidə yerləşən böyük istirahət və idman ocağı. 2003-cü il oktyabrın 11-də istifadəyə verilmişdir.

Quba Olimpiya İdman Kompleksi
Yeri Quba-Bakı magistralı, 4-cü km
Açılış tarixi 11 oktyabrın 2003-cü il
Tamaşaçı tutumu 2000 nəfərlik böyük zal, 5100 nəfərlik futbol meydançası

Burada futbol, mini-futbol, basketbol, voleybol kimi komanda idman növlərinin inkişaf etdirilməsi üçün hər bir şərait var.

Kompleksdə otel otaqları ilə yanaşı, 2 mərtəbəli kotteclər, geniş mənzillər, həmçinin 200-nəfərlik konfrans salonu da var.

Ərazidəki 5 zaldan böyüyü 2000 tamaşaçı tutur. 2 kiçik zaldan biri trenajorlar, digəri isə boks meydançası ilə təchiz olunub. Köməkçi zaldan isə güləşçilər faydalana bilirlər.

Kompleksdə bir çox idman yarışını da təşkil etmək üçün hər bir şərait var. 10 soyunub geyinmə, tibb məntəqəsi, komutator, mühafizə otagı, operator, texniki şöbə kimi otaqlar xidmətin səviyyəsini artırmağa kömək edir.

5100 tamaşaçı tutumu olan futbol meydançası da bu idman növününü tələblərinə uyğun bütün şəraitlə təchiz olunub. 50 metrlik üzgüçülük hovuzu da həm məşq, həm də yarışların keçirilməsinə tam yararlıdır. Burada 10 cığırlı üzmə zolağı, 1010 nəfərlik 3 tamaşaçı tribunası var.

Burada 3-mərtəbəli 24 otaqlı (11 otaq 2-nəfərlik, 9-u 3-nəfərlik, 4-ü 4-nəfərlik olmaqla) mehmanxana, habelə 24 birmərtəbəli, 6 ikimərtəbəli kottec, 2 apartament yüksək səviyyəli xidməti ilə seçilir.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "İdman Kompleksləri" (az.). https://mys.gov.az. 09.02.2023 tarixində arxivləşdirilib.