Bu məqaləni vikiləşdirmək lazımdır. |
Qulam Əzimli — Azərbaycanda elmi psixologiyanın inkişafında böyük xidmətləri olan elm xadimi
Qulam Əzimli | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Bəcirəvan, İmişli |
Professor Q.E.Əzimli 1931-ci ildə İmişli rayonunun Bəcirəvan kəndində anadan olmuşdur. O, 1954-cü ildə indiki BDU-nun filologiya fakultəsinin məntiq-psixologiya şöbəsini bitirmişdir. 1954-cü ildən 1955-ci ilə kimi, İmişli rayonun 1 saylı orta məktəbində müəllim, 1955-ci ildən 1962-ci ilin avqust ayına kimi İmişli rayonunda komsomol, partiya və hökumət orqanlarında rəhbər vəzifələrdə işləmişdir.
Q.E.Əzimli 1970-ci ildə psixologiya ixtisası üzrə nəmizədlik dissertasiyası müdafiə etmiş, alimlik dərəcəsi almışdır. 1990-cı ildə professor elmi adına layiq görülmüşdür. 1987-ci ildən 1992-ci ilə kimi ADPU-nun yaş və pedaqoji psixologiya kafedrasının müdiri, 1991-ci ildən 1997-ci ilə kimi pedaqoi fakültənin (qiyabi şöbə üzrə) dekanı vəzifəsində işləmişdir. O, 75-dən çox dərs vəsaiti, proqram, jurnal məqalələri və tezislərin müəllifi, 12-dən artıq monoqrafiya, kitab, kitabça və proqramların elmi redaktoru olmuşdur. Onun elmi yaradıcılığı təkcə respublikamızda deyil, onun hüdudlarından kənarda da görkəmli psixoloqların diqqətini cəlb etmişdir.
Q.E.Əzimli keçmiş SSRİ məkanında (Moskva, Tbilisi, Yerevan və s.) keçirilən qurultay, konfrans və simpoziumlardakı məruzələri ilə respublikamızı layiqincə təmsil etmişdir. 20 ildən artıq bir vaxtda folklor materiallarında və klassik irsimizdə milli etnik hissləri tədqiq etmiş, nəzəri və praktik əhəmiyyətli nəticələr əldə etmişdir. Yüksək ixtisaslı elmi kadrların hazırlanmasında da onun xidmətləri az olmamışdır.
SSRİ Ali Soveti Rəyasət heyətinin "Əmək igidliyinə görə" medalı, "Fəaliyyətində əla xidmətlərinə görə" döş nişanı, SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyinin "Fəaliyyətində əla müvəffəqiyyətinə görə" döş nişanı, "VI Ümumittifaq festivalının hazırlanmasında və keçirilməsində fəal iştirakına görə" xatirə nişanı ilə təltif edilmişdir.
1991-ci ildən hazırkı vaxta qədər BDU-nun nəzdindəki Dessertasiya Şurasının üzvüdür.