Qulaqcıqların fibrilyasiyası

Qulaqcıqların fibrilyasiyası və ya Qulaqcıqların səyrici aritmiyasıQulaqcıqların fibrilyasiyası ən geniş yayılmış ürək aritmiyasıdır və dünya əhalisinin 1-2%-də rast gəlinir. 2001-ci ildə tək ABŞ-də 2.3 mln insan qulaqcıqların fibrilyasiyasından əziyyət çəkib və bu rəqəmin 2050-ci ilədək iki dəfə artması gözlənilir.

Qulaqcıqların fibrilyasiyası insult riskini 4-5.3 dəfə artırmış olur. Amerikanın Ürək Assosiasiyasına görə beyin insultu ABŞ-də ölüm və əlillik səbəbləri arasında dördüncü yeri tutur. Qulaqcıqların fibrilyasiyası isə bütün yaşlarda qeydə alınan insult hallarının 15%-ə səbəb olur. Yaşı 80-dən yuxarı olan xəstələr arasında baş verən insultların 30%-dən çoxu isə qulaqcıqların fibrilyasiyası səbəbindən baş verir.

Müalicə aparılmadıqda qulaqcıqların fibrilyasiyası olan xəstələrin 2-5% hər il insult keçirir. Bu insult hallarının əksəriyyəti kardioemboliya səbəbindən baş verir. Tromblar isə sol qulaqcığın artımından yayılmış olur. Müəyyən edilib ki, qulaqcıqların fibrilyasiyasından əziyyət çəkən və əvvəllər insult keçirmiş xəstələrdə oral antikoaqulyantlarla müalicə aparılmadıqda, onlarda illik insult riski 12% bərabərdir.

Qulaqcıqların fibrilyasiyası olan xəstələrdə tromboembolik fəsadların qarşısının alınmasında oral antikoaqulyasiya çox effektivdir. Lakin, bir sıra faktorlar oral antikoaqulyasiyanın effektivliyinə və tətbiqinə məhdudiyyətlər yaradır. Qanaxma ilə bağlı ağırlaşmalar, monitorinqin tez-tez aparılmasının tələb olunması və dərman preparatlarının davamlı qəbulunun təmin edilməsi ilə bağlı çətinliklər böyük xəstə qrupunda alternativ müalicə yollarının araşdırılmasını tələb edir. Nəticədə isə həkimlər uzun müddətdir ki, insultun profilaktikası üçün digər alternativ metodlara üz tutmağa başlayıb.[1][2]

  1. Qulaqcıqların səyrici aritmiyası (atrial fibrilyasiya)[ölü keçid]
  2. "Qulaqcıqların fibrilyasiyasında (səyrici aritmiya) antikoaqulyasiya: insult və qanaxma riski". 2016-03-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-10-16.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]