Qular fillərə əks olunur — 1937-ci ildə sürrealist ispan rəssamı Salvador Dali tərəfindən çəkilmiş rəsm əsəri. Xüsusi kolleksiyasındandır. Bu əsər Dalinin Paranoyak-tənqidi dövrünə aiddir. Yağlı boya ilə kətan üzərində işlənmişdir. Əsər Dalinin məşhur ikiqat şəkillərindən birini ehtiva edir. İkiqat şəkillər Dalinin "paranoyak-tənqidi" metodunun əsas hissəsi idi. O, bunu 1935-ci ildə "Düşüncəsizin Fəthi" oçerkində irəli sürmüşdü.
Qular fillərə əks olunur | ||
---|---|---|
isp. Cisnes que se reflejan como elefantes | ||
| ||
Rəssam | Salvador Dali | |
Tarixi | 1937 | |
Texnikası | yağlı boya | |
Ölçüləri | 51 sm × 77 sm | |
Materialı | yağlı boya[d][1] | |
Saytı | salvador-dali.org/en/art… |