Qum fırtınası

İraqda meydana gələn bir qum fırtınası (27 aprel 2005)

Qum fırtınası və ya toz fırtınası — quraq və yarı quraq bölgələrdə məşhur olan meteoroloji hadisə. Qum fırtınası, Bora cəbhəsinin zəif qumtozun uçurulduğunda ortaya çıxar. Hissəciklər, uçurulma və dayandırılma ilə nəql edilər və bir yerdə torpaq erozyonuna və başqa yerdə depozisyona səbəb olar.

Güclü külək vasitəsilə böyük miqdarda torpaq hissəciklərinin və qumun sovurulub aparılmasıdır. Torpaq qasırğası bəzən milyon tonlarla tozu uzaq məsafəyə aparıb əkinlərin üzərinə tökür, yararlı torpaqları, bitkiləri məhv edir. Çöllərdə qoruyucu meşə zolaqları salmat və s. aqrotexniki tədbirlərə toz qasırğası ilə mübarizə aparılır[1].

SəhraƏrəb Yarımadası ətrafındakı quraq torpaqlar, İran, PakistanHindistandan gəlib Oman dənizində yığılan bəzi qatqılar ilə birlikdə, havadan enən qumtoz başlıca mənbədir. Çindəki fırtınalar isə Böyük Okeana tozları yerləşdirər.

SəhraƏrəb Yarımadasının xaricində ABŞ ilə Kanadada Rocky dağlarının şərqi boyunca uzanan Böyük Düzlüklər, Çinin Daxili Monqolustan Muxtar bölgəsindən Monqolustan Respublikasına uzanan Qobi səhrasınaÇinin Sincan Uyğur Muxtar Bölgəsində olan Təkləməkan Çölündə meydana gələn qum fırtınası bilinər.

Qum fırtınası və toz fırtınası

[redaktə | mənbəni redaktə et]

Qum fırtınası termini əksəriyyətlə səhradakı qum fırtınası məzmununda istifadə və xüsusilə Səhrada görünürlüğünü salan incə hissəciklərin yanında, əhəmiyyətli bir miqdarda daha böyük qum parçacıqlarının səthə yaxın yerlərdə uçurulduğunda istifadə edilir.

Toz fırtınası termini isə daha incə hissəciklərin uzun məsafələrdə uçurulduğunda və xüsusilə şəhər sahələrində yoluxanda istifadə edilir.

  1. O. Osmanov, B. Abdullayev "Məktəblilərin izahlı coğrafiya lüğəti" Bakı — 1979

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]