Qumluq astacası

Qumluq astacası (lat. Opatrum sabulosum L.)-Böcək bozumtul qara rəngdədir.

Qumluq astacası
Elmi təsnifat
XƏTA: latin parametri doldurulmayıb.
Beynəlxalq elmi adı
XƏTA HAQQINDA MƏLUMAT
Bu parametr doldurulmayıb: latin

Böcək bozumtul qara rəngdədir. Qanadüstlüyünün üzərində parıldayan ziyilciklər vardır. Uzunluğu 7–10 mm-dir. Sürfələrin üstü tutqun qəhvəyi, alt tərəfi isə sarımtıldır. Qarıncığın son buğumu konusvaridir. Yan tərəfində 8 qəlcəq vardır. Yaşlı sürfənin uzunluğu 16 mm-ə qədərdir. Böcəklər iki ilə yaxın yaşayır. Bunlar gündüzlər fəaldır. Yazda dişi fərdlər yumurtalarını (100-ə qədər) torpağa qoyur. Sürfələr iki ay müddıtində inkişaf edir. Yalnız böcəkləri qışlayır. Yetkin fərdlər bir sıra mədəni bitkilərin yarpaqlarını yeyərək, onlara müəyyən qədər zərər vurur. Sürfələr, əsasən, alaq otları ilə qidalandığından mədəni bitkilərə az zərər vurur. Digər tərəfdən sürfələrin inkişafı, əsasən, yayda gedir. Bu zaman mədəni bitkilər ilk inkişaf fazasında olur.[1]

Qumluq astacasına Azərbaycanın bütün rayonlarında təsadüf edilir.

  1. S.R.Məmmədova, B.B.Xəlilov Kənd təsərrüfatı entomologiyası. 1986
  1. S.R.Məmmədova, B.B.Xəlilov Kənd təsərrüfatı entomologiyası. 1986
  2. S.R.Məmmədova, B.B.Xəlilov Meyvə və subtropik bitkilərin zərərvericiləri 1974
  3. N.H.Səmədov Taxıl böcəkləri və onlarla mübarizə tədbirləri, 1964