Qumuq (Dağıstan)

Qumuq (lak. Гъумук, Гъумучи) — Dağıstan Respublikası, Lak rayonu ərazisində yerləşən kənd. İnzibati cəhətdən Lak rayonunun və Qumuq kənd sovetliyinin mərkəzidir. Qumuq kənd inzibati vahidliyinin yeganə yaşayış məntəqəsidir.

Qumuq
Гъумучи
Гъумукъ
42°10′14″ şm. e. 47°07′03″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
İlk məlumat VI əsr
Mərkəzin hündürlüyü 1.539 m
Əhalisi
Əhalisi
  • 1.930 nəf. (2010)[1]
Rəqəmsal identifikatorlar
Poçt indeksi 368360
Digər
gazikumuh.ru
Xəritəni göstər/gizlə
Qumuq xəritədə
Qumuq
Qumuq
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

«Qumuq» toponimi türk dilli «Qumuq-Atıköz»[2] meydana gəlmişdir. Düzənlik ərazidə yayılmış olan sabir türklər daha sonra Dağıstanın dağlıq ərazilərinə köç etmiş və burada Sabir dövlətini qurmuşlar. Özlərinə isə Qumuq və Qunzaq kimi əraziləri bir dayam məntəqəsi etmişlər. Lak dilində Bolqar dilinin alt təbəqəsi hiss edilir və Hun-Savir türk dilinin qalıqları ortaya çıxır[3].

Qumuquq adlandırılmasında laklar «Lak» və ya «Lakral klanu» (Lakların yeri) adından istifadə edirlər. Qonşu kəndlərin «Lacral şaqirurdu» adından istifadə etməsi bu ərazilərin laklara mənsub olması anlamında işlədilirdi. Görünən odur ki, laklar əvvəllər elə də iri olmayan lak adlı bir yaşayış məntəqəsində yaşamışlar. Lak toponimi ancaq laklar arasında işlədilir. Laklarara görə Qumuq Lak şəhərinin bir qalası olmuşdur. Ancaq sonradan tarixi və coğrafi vilayət olan Lakiyanın mərkəzinə çevrilmişdir. Qafqaz dağlıqları haqqında məlumat toplusunda məlumat verilirdi: «Qazıqumux adı ilə bizə məlum olan Mərkəzi Dağıstanda yerləşən Qazıqumuq rayonunun sakinləri özlərini "lak", vətənləri isə "lakral klanu" (lakların yeri) adlandırırlar.»[4].

Tarixi ədəbiyyatda Qumuq müxtəlif tələffüz variantlarında qeyd edilmişdir. X əsrdə Əl-Məsudi yaşayış məntəqəsini "Qumiq" adlandırmış, bir şəhər olaraq ya da knyazlıq olaraq qeyd etmişdir. Əl-KufiX əsrdə «Amik» qalasının adını çəkmişdir. İbn Rüstə isə X əsrdə «Alal və Qumiq»[5] qalalarının adını çəkmişdir.

XIV əsrdə Nizaməddin ŞamiŞərəfəddin Əli Yəzdi Qumuqu «Qazi-Qumuq» (Şamxalın mülkiyyəti) olaraq adlandırır. «Qazi» sözünün əlavə edilməsi Qumuqun müsəlmanların hərbi-siyasi mərkəzi olması anlamını verirdi. XV—XVI əsrlərdə Şimali Dağıstanın əhalisi şəhəri Qazıqumuq olaraq adlandırmağa başlayırlar.

P. K. Uslar qeyd edirdi: "Lakların əsas yaşayış məntəqəs Qumuq adlanır; laklar digər dağ qəbilələrinə nisbətdə islamı ən tez qəöbul edənlər olduğundan Qazi (din uğrunda vuruşanlar) fəxri ləqəbini almaq hüququ əldə etrmişlər". Toponim ləqəb və kəndin adının etnik Kazikumux və ya Kazykumyk adının birləşməsindən meydana çıxmışdır[6].

Coğrafi yerləşməsi

[redaktə | mənbəni redaktə et]

Kənd Mərkəzi Dağlıq Dağıstanda yerləşir. Mahaçqaladan 96 km cənub-qərbdə, Qazıqumuq-Koysu çayının vadisində qərarlaşır.

2010-cu il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə kənd 1930 nəfər yaşayır[7]. Etnik tərkib (2002):

laklar — 93 %,

darginlər — 3,9 %,

avarlar — 1,7 %[8],

azərbaycanlılar — 0,4 %.

Qumuq İran Sasani şahı tərəfindən qurulmuşdur. Qumuq haqqında ilk etibarlı məlumat eramızın VI əsrinə təsadüf edir. Bu zaman bu yaşayış məntəqəsi Sasani imperiyasının tərkibində olmuşdur. Düzənlikdən çıxarılan Sabir-Hun qəbilələri Dağıstanın dağlıq ərazilərinə üz tutmuş, burada Hunzax və Qumuq qalalarını özlərinə istinadgah edərək Sabir dövlətini quruşdular.

Kənd təsərrüfatı müəssisələri, tikinti təşkilatları, məktəb və xəstəxana.

  1. https://web.archive.org/web/20131224113210/http://dagstat.gks.ru/wps/wcm/connect/rosstat_ts/dagstat/resources/b698fa00421f084fbfb3ff2d59c15b71/%D0%92%D0%9F%D0%9D+%D1%82%D0%BE%D0%BC1.rar.
  2. Аликберов А. К. Эпоха классического ислама на Кавказе: Абу Бакр ад-Дарбанди и его суфийская энциклопедия «Райхан ал-хака’ик» (XI—XII вв.) / А. К. Аликберов. Ответственный редактор С. М. Прозоров — М.: Вост. лит., 2003.
  3. Джидалаев Н. С. Далекое-близкое. (О языковых, исторических и фольклорных связях народов Дагестана с древними булгарами). — Махачкала: Даг. кн. изд-во, 1989.
  4. Сборник сведений о кавказских горцах. Вып. 1. Тифлис, 1868. с. 238.
  5. Ибн Рустэ. Из книги драгоценных камней. (Пер. Караулова Н. А.) — Тифлис. 1903, с. 49.
  6. Услар П. К. Этнография Кавказа. Языкознание. 4. Лакский язык. Тифлис, 1890, с. 2.
  7. "11. Численность населения России, федеральных округов, субъектов Российской Федерации, городских округов, муниципальных районов, городских и сельских поселений". Итоги Всероссийской переписи населения 2010. Том 1. Численность и размещение населения. Росстат. 2012. 2012-06-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-04-16.
  8. "Лакский район (2002 г.)". 2020-08-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-06.