Qunars Astra

Qunars Astra (latış. Gunārs Astra‎; 22 oktyabr 1931[1], Riqa6 aprel 1988, Leninqrad) — Latviya milli müqavimət hərəkatının üzvü, siyasi məhbus, sovet dissidenti, radio mühəndisi.

Qunars Astra
Doğum tarixi 22 oktyabr 1931(1931-10-22)[1]
Doğum yeri
Vəfat tarixi 6 aprel 1988(1988-04-06) (56 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Riqa Meşə qəbiristanlığı[d]
Vətəndaşlığı
Fəaliyyəti insan hüquqları fəalı

Bioqrafiya[redaktə | mənbəni redaktə et]

Qunars Astra Larion Astra və Elza Ernestina Astra ailəsində ikinci uşaq olaraq anadan olub. Hariys və Leon qardaşları. 1947-ci ildə Riqa şəhərində 48 saylı ibtidai məktəbi bitirib. 1952-ci ildə Riqa Elektromexanika Texnikumunu radio mühəndisi ixtisası üzrə bitirmişdir. 1952–1953-cü illərdə Ümumittifaq Qiyabi Hüquq İnstitutunun Latviya filialında təhsil alıb. 1958-ci ildə qiyabi olaraq Riqa Pedaqoji İnstitutunun Dillər və Ədəbiyyat fakültəsinə daxil olmuş, lakin 1958-ci ilin sentyabrında Latviya Dövlət Universitetinin tarix və filologiya fakültəsinə köçürülmüş və 1961-ci ilin fevralında həbs olunana qədər burada qiyabi ingilis dilini öyrənmişdir.

1961-ci ildə Qunars Astra casusluq, dövlətə xəyanət və antisovet təşviqat və təbliğatda ittiham olunurdu. O, 15 il müddətinə azadlıqdan məhrum edilib, cəzasını Mordoviya SSR-də və Perm vilayətində çəkib.

1976-cı ildə Latviyaya qayıdır. 1983-cü ildə o, ikinci dəfə həbs edilib və "antisovet" ədəbiyyatına sahib olmaq, çoxaltmaq və yaymaqda ittiham olunur. O, residivist kimi 7 il xüsusi rejimli koloniyada, 5 il isə düşərgədə cəza çəkib.

1 fevral 1988-ci ildə Qunars Astra həbsdən azad edilir, lakin həmin il aprelin 6-da Leninqrad xəstəxanasında ölür.

Aprelin 19-da Qunars Astra Meşə qəbiristanlığında dəfn edilib.

Qunnar Astra yalnız SSRİ-nin dağılmasından sonra bəraət alır. 1992-ci il dekabrın sonunda Latviya Respublikasının Ali Məhkəməsi 1983-cü il işində Qunars Astranı reabilitasiya obyekti kimi tanıyır. 1993-cü ilin yanvarında Latviya Respublikasının Ali Məhkəməsi 1961-ci ildə Baltik Hərbi Dairəsinin Hərbi Tribunalının cinayət tərkibinin olmamasına görə Qunars Astranın məhkum edilməsinə dair hökmünün ləğv edilməsi və Gunars Astranın reabilitasiya olunmuş kimi tanınması barədə qərar çıxarır.

Tarix[redaktə | mənbəni redaktə et]

22 oktyabr 1991-ci ildə Meşə qəbiristanlığında Qunars Astranın abidəsi qoyulur, müəllifləri rəssam Raimonds Muzıkants və memar P. Ştokmanis idi.

1993-cü ildə Latviya Dövlətinin 75 illiyi münasibətilə Brivibas bulvarı 34-də Riqa Rayon Məhkəməsinin binasında Qunars Astraya həsr olunmuş xatirə lövhəsi qoyulmuşdur. 20 yanvar 2022-ci ildə binanın qarşısındakı parkda dissidentin abidəsinin açılışı olur (heykəltaraş Qleb Panteleyev)[3]. 1996-cı ildə Riqada bir küçə Qunars Astranın adını daşıyır.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Gints Zelmenis Gunārs Astra, Nacionālā enciklopēdija, Atj.2023. gada 31. janvārī
  • Par Gunāru Astru Virtuālā izstāde, Latvijas Nacionālajais arhīvs

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Astra, L., ‘Per aspera ad astra. Mana brāļa Gunāra Astras dzīvesstāsts’, Laiks, 19.-25.05.2007, nr. 20, 7. lpp.;
  • Eglīte, B., Kas jūs bijāt, Gunār Astra?, Rīga, Vērmaņparks, 1998.
  • Grasis, A. (red.), Gunārs Astra. Un citi. Mārupe, Drukātava, 2015.
  • Gunāra Astras Pēdējais vārds tiesā’, Laiks, 06.03.1985., nr. 19, 1, 5. lpp.; 09.03.1985., nr. 20, 1, 4. lpp.
  • Gundars, L., Svešam kļūt jeb stāsts par Gunāru A., Rīga, Dienas grāmata, 2021.
  • Kalniņš, V., ‘Par Gunāru Astru’, Latvija Amerikā, 19./26.12.1987., nr. 51/52, 2., 19. lpp.
  • Ruks, M., Gunārs Astra, Rīga, 1998.
  • Stinkuls, A., ‘Gunāra Astras vārds paliks mūžīgi mūžos’, Brīvā Latvija, 13.06.1988., nr. 83, 3. lpp.
  • Šāberte, B., Gunārs Astra. Sirdzapziņas cietumnieks, Rīga, Jumava, 2018.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Latvian State Archive.
  2. 1 2 LIBRIS. 2012.
  3. "«Неудобный, как сам Астра» — скульптор Пантелеев о монументе диссиденту". Rus.LSM.lv (rus). 2022-01-22. 2023-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-30.