Qunib

Qunib (avar. Гъуниб[2]) — Dağıstanda kənd, Qunib rayonunun inzibati mərkəzi.

Qunib
42°23′12″ şm. e. 46°57′42″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub XII əsr
Əhalisi
Əhalisi
  • 2.655 nəf. (2024)[1]
Rəqəmsal identifikatorlar
Telefon kodu +7 87258
Poçt indeksi 368340
Xəritəni göstər/gizlə
Qunib xəritədə
Qunib
Qunib
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tərkibində yeganə yaşayış məntəqəsi Qunib kəndi olan Qunib kənd inzibati ərazi dairəsini təşkil edir[3].

Coğrafi mövqeyi

[redaktə | mənbəni redaktə et]

Qunib Mahaçqaladan 172 km cənub-qərbdə, təxminən 1500 m yüksəklikdə, Qunib yaylasında yerləşir.

Günib xarabalıqda. 19-cu əsr fotoşəkili.

Kənd 1862-ci ildə rus hərbi istehkamının tikintisi ilə əlaqədar yaranmışdır. İstehkam yaylanın zirvəsində yerləşən və 1859-cu ildə dağıdılmış keçmiş Qunib kəndinin (avarca Quni-meer — daş yığını) adı ilə adlandırılmışdır. İstehkam Qunib rayonunun mərkəzi idi. 1895-ci ildə burada Samur alayının və Terek-Dağıstan qalası artilleriyaçılarının kazarmaları, habelə dövlət qulluqçuları, tacirlər və istefada olan hərbçilərin 29 evi, pravoslav kilsəsi və poçt məntəqəsi yerləşirdi[4].

1900-cü illərdə Qunib kəndi

Keçmiş Qunib kəndi Şeyx Şamilin alınmaz qalası idi və 25 avqust 1859-cu ildə ruslar tərəfindən ələ keçirilmişdi.

1928–1937-ci illərdə və 1963-cü ildən eyniadlı rayonun inzibati mərkəzidir.

1986-cı ildə Qunibdə Böyük Vətən Müharibəsi qəhrəmanlarına həsr olunmuş və Rəsul Həmzətovun "Durnalar" şeirinə ithafən adlandırılmış "Ağ durnalar" abidəsinin açılışı oldu.

1897-ci ilin hesablamalarına görə, qalada 685 nəfər yaşayırdı, onlardan: ruslar — 35,9%, avarlar — 12,3%, yəhudilər — 4,3%, qumıqlar — 2,3%, tatarlar — 1,3%[5]. 2010-cu il siyahıyaalmasına əsasən kənddə 2271 nəfər yaşayırdı[6]. Monoetnik (99,1%) avar kəndidir.[7]

  1. "Численность постоянного населения Российской Федерации по муниципальным образованиям на 1 января 2024 года"..
  2. Аварско-русский словарь. словарь, около 36 000 слов. Махачкала: ДНЦ РАН. под редакцией Гимбатова М.М., рецензенты: старший научный сотрудник Дагестанского Института педагогики им. А.А. Тахо-Годи А.Г. Гамзатов, кандидат филологических наук, доцент М.М. Нурмагомедов, кандидат филологических наук, профессор М. И. Магомедов. 577. ISBN 594434-023-1.
  3. "Закон Республики Дагестан от 13 января 2005 года № 6 «О статусе и границах муниципальных образований Республики Дагестан»". 2015-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-16.
  4. Памятная книжка Дагестанской области. 1985
  5. "Гунибский округ". 2012-01-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-05-09.
  6. "5. Численность населения России, федеральных округов, субъектов Российской Федерации, районов, городских населенных пунктов, сельских населенных пунктов – районных центров и сельских населенных пунктов с населением 3 тысячи человек и более". Итоги Всероссийской переписи населения 2010. Том 1. Численность и размещение населения. Росстат. 2012. 2012-06-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-04-16.
  7. "Итоги переписи 2002 года по Гунибскому району". 2015-06-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-05-09.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]