Quranın Səna əlyazması

Stanford ikili əlyazmasının sağ səhifəsi. Üst qatda Bəqərə surəsinin 265–271-ci ayələri yazılmışdır.

Səna əlyazması — bu gün mövcud olan ən qədim Quran əlyazmalarından biri. 1972-ci ildə Yəməndə Səna Böyük Məscidinin bərpası zamanı bir çox digər Quran fraqmentləri və başqa əşyalarla birlikdə tapılıb . Əlyazma iki təbəqədə perqament üzərində yazılmışdır. Üst təbəqə Osman dövründə istifadə edilən standart yazı ilə yazılmış Quran olsa da, alt təbəqə standart yazı ilə müqayisədə fərqlənir. Alt təbəqənin bir versiyası 2012-ci ildə nəşr edildi. Karbon testləri onun 99% dəqiqliklə 669-cu ildən əvvəl və 95.5 faiz dəqiqliklə 578-ci ildə sonra yazıldığını göstərir.

Səna əlyazmalarından 926 parça təhlil edilmişdir. 22%-i məlum olan Qurandan yazılış, dilçilik və düzülüş etibarilə tamamilə fərqlənir.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Michel Cuypers, Geneviève Gobillot, Alınan fikirler, Kuran, Éditions Le Cavalier Bleu, Paris, Ağustos 2007, s. 22