Filmin qəhrəmanının bir neçə qız övladı var. Günlərin bir günü həyat yoldaşı yenidən hamilə qalarkən kişi sübh namazında dua edir. O, Allahdan ailəsini qorumağı və ondan sonra ocağında bir kişi qalmağı üçün oğul payı istəyir. Kişi bunun əvəzində Tanrı yolunda Haçaqayada qoç qurban kəsəcəyini vəd edir.
Qurban | |
---|---|
Janr | macəra |
Rejissor | Anar Abbasov |
Baş rollarda |
Sərvər Şahbəyli Nargilə Qəribova |
Operator | Semyon Amanatov |
İstehsalçı | Sergey Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya Universiteti |
İlk baxış tarixi | noyabr 2011, Rusiya |
Filmin növü | qısametrajlı bədii film |
Müddət | 25 dəq. |
Ölkələr |
Rusiya Azərbaycan |
Dil | azərbaycanca |
İl | 2011 |
Rəng | rəngli |
IMDb | ID2296921 |
Qurbanı kəsmək vaxtı çatanda kişinin qoça yazığı gəlir, Allahda onu bağışlamağını diləyib evə qayıdır. Lakin yolda təsadüfən ayağı sürüşür və uçuruma yuvarlanmaq təhlükəsi ilə qarşı qarşıya qalır. Allahın mərhəmətinə gələn kişi bu vəziyyətdən xilas olur. Evə çatana qədər isə qurbanı kəsmədiyi üçün oğlu, yaxud qızı olacağından hələ ki, xəbəri yoxdur.
Film rejissor Anar Abbasovun diplom işidir.
Film Internationaler Wettbewerb 8: Feiern und Rituale-da iştirak etmişdir.