Qurdqulağı süsəni

Qurdqulağı süsəni (lat. Iris lycotis Woronow.) — süsənkimilər (Iridaaceae) fəsiləsindən bitki növü.

Qurdqulağı süsəni
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Qurdqulağı süsəni
Beynəlxalq elmi adı
Poçt markası (1993).

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Təhlükəli həddə yaxın olanlar” kateqoriyasına aiddir –NT. Azərbaycanın nadir növüdür. 

Qısa morfoloji təsviri

[redaktə | mənbəni redaktə et]

Çoxillik ot bitkisidir. Kökümsovu yoğun, qısa, sürünən, gövdə 10-20 (25) sm hündürlükdədir, 1 iri təpə çiçəyi var. Yarpaqları yaşıl, dar-xətvari, 2-4 mm enində, bəzən oraqvari əyilmişdir. Təpə yarpaqları otvari-pərdəlidir, neştərşəkilli, sivridir. Çiçəkyanlığının borucuğu yumurtalığa bərabərdir. Çiçəkyanlığının xarici tərəfi aşağı bükülmüş, 4,5 -5,5 (8) sm uzunluğunda, enli- ellipsvari və ya enli-yumurtavari, dairəvi, tünd-qəhvəyi, mərkəzində iri məxməri ləkəli, aşağı yarısı yuxarıdan qara-bənövşəyi tükcüklü, daxili tərəfi yuxarı qalxmış, iri, 5,5-8 (3) uzunluqdadır. Sütuncuğun kənarları tünd-qırmızı, tutqun, kürək hissəsi dişciklidir. Qutucuq uzunsov-silindrşəkilli, 3 tilli, 7 sm-ə qədər uzunluğunda uzun buruncuqludur.[1][2]

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Çiçəkləməsi aprel, meyvə əmələgəlmə may ayına təsadüf edir. Kökümsov və toxum vasitəsilə çoxalır. Düzənlikdə və aşağı dağ qurşağında, quru, gilli və çınqıllı yamaclarda, yovşanlı yarımsəhralarda yayılmışdır. Mezokserofitdir.[1][3]

Naxçıvanın dağlıq və düzənlik hissəsində (Culfa rayonu Darıdağ ərazisində).[1][4][5][6][7][8][9]

Sayı və tendensiyası

[redaktə | mənbəni redaktə et]

Populyasiyasının vəziyyətinin və təbii bərpanın ətraf mühitin dəyişilməsindən asılılığı müşahidə olunur.[8]

Məhdudlaşdırıcı amillər

[redaktə | mənbəni redaktə et]

Antropogen amillər (növün bəzək bitkisi kimi yığılması)[4][8][9]

Mühafizə tədbirləri

[redaktə | mənbəni redaktə et]

Mühafizəsi üçün xüsusi tədbirlər görülməyib. Yeni yayılma yerlərinin axtarılması və yasaqlıqların yaradılması vacibdir.  Naxçıvan – Babək rayonu Əznəburt kəndi, Cülfa rayonu Əbrəqunis kəndi və Darıdağda, Şahbuz rayonu Qarababa kəndi, Ordubad rayonu Aza kəndi ətrafında. Azərbaycandan kənarda – Ermənistanda yayılmışdır. Aşağı daşlıq qurşaqda, düzənliklərdə, quru gillicəli və yovşanlı yarımsəhrada bitir.[10]

Toxumla və vegetativ yolla çoxalır. Bitkini buket üçün yığılması, heyvanların otarılması bitkinin azalmasına səbəb olmuşdur. Azərbaycan Botanika İnstitutunun Botanika bağında becərilir. Qorunması üçün xüsusi mühafizə tədbirlər hazırlanmamışdır.

  1. 1 2 3 Флора Азербайджана, 1952
  2. Azərbaycan Respublikasının Qırmızı Kitabı. Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri, II nəşr, Bakı-2013
  3. Hacıyev V.C., İbrahimov Ə.Ş.
  4. 1 2 Azərbaycan SSR-in Qırmızı kitabı, 1989
  5. Конспект флоры Кавказа, 2006
  6. .Ибадлы О.В. 2005
  7. Salayeva Z.K., 2006
  8. 1 2 3 Naxçıvan MR-in Qırmızı Kitabı, 2010
  9. 1 2 Tərtibçilərin məlumatları. 
  10. "Arxivlənmiş surət". 2017-05-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-04-27.