Qurtuluş döyüşçüləri

Qurtuluş döyüşçüləri (fr. Combattants de la Libération) — Əlcəzair İstiqlaliyyət müharibəsinin başlamasından sonra yaradılmış Əlcəzair Kommunist Partiyasının silahlı qanadı, gerilla qruplaşması.[1] Həm əlcəzairlilər, həm də Fransa və müstəmləkələrin avropalıları "Qurtuluş döyüşçüləri"nin sıralarında vuruşurdular. 1 iyul 1956-cı ildə ƏKP ilə birlikdə Milli Qurtuluş Cəbhəsi sıralarına daxil olmuşdular.[2]

Qurtuluş döyüşçüləri

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Mitch Abidor. "The Algerian Communist Party in the War". 2023-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-07.
  2. Alistair Horne. A Savage War of Peace: Algeria 1954-1962. 2006. ISBN 1-59017-218-3.