Quruçay (azərb. Quruçay قورو چایQuru Çay قورو چای, fars. خشکه رودخشکه رود) — İranın Şərqi Azərbaycan ostanında çay. Quruçay Təbrizin dağlarından başlayır və şəhərin şimal şərqində Acıçaya qovuşur. Çay Təbrizi bir-birilə bir neçə körpü vasitəsilə birləşən quzey və güney hissələrinə bölür.[1] Yanaşı yerləşən 2 Qarı körpüsü çay üzərində olan ən tanınmış və tarixi körpülərdir. Səngi körpüsü də həmçinin tarixiliyi ilə diqqət çəkir.
Quruçay | |
---|---|
Ölkə | |
Mənsəbi | Acıçay |
Vikianbarda əlaqəli mediafayllar |
Həmçinin çayın hər iki tərəfində "Çaykənarı" adlanan şose yolu da vardır ki, şəhərin mərkəzindən keçməklə onun şərq və qərb hissələrini birbaşa bağlayır.
Quruçayın suyu XX əsrin sonundan çirklənmişdir və içməli deyil.[2]