Quru çöllərin torpaqları

Quru çöllərin torpaqları — quru və ekstrakontinental şəraitdə quru çöllərdə formalaşan şabalıdı və qonur səhra-çöl torpaqları. Bu torpaqlar ən çox Asiya qitəsində yayılmışdır[1].

Şabalıdı torpaqlar

[redaktə | mənbəni redaktə et]

Bu torpaqlar ensiz zolaq şəklində QaraAzov dənizləri sahillərində, Şərqi Avropanın cənub-şərqində-Aşağı Volqaboyu, Xəzər sahilində formalaşmışdır. Lakin, Qazaxıstan respublikası ərazisində bu torpaqlar geniş sahə tutur. Şabalıdı torpaqlar yayıldığı arealın ən şərq sahilləri Baykala qədər gedib çıxır.

Qonur səhra-çöl torpaqları

[redaktə | mənbəni redaktə et]

Bu torpaqlar daha məhdud sahədə Qazaxıstanda yarımsəhralarında yayılmışdır.

Quru çöllərin iqlimi kəskin kontinentaldır. Avrasiya materikinin Avropa hissəsində +5-9°C, Asiyada +3-4°C təşkil edir. Qərbdə orta aylıq temperatur 32-36°C-yə yaxın, şərqdə isə -35-40°C-yə çatır. Orta illik yağıntıların miqdarı şimaldan cənuba doğru 300-350 mm-dən 200 mm-ə qədər azalır. Quru çöllərdə buxarlanma yağıntılara nisbətən yüksəkdir. Rütubətlənmə əmsalı 0,33-0,5-dir. Güclü küləklər həm torpağı qurudur, həm də eroziyaya məruz qoyur.

Bitki örtüyü

[redaktə | mənbəni redaktə et]

Çənli bitkilər və yovşanlar üstünlük təşkil edir. Bununla yanaşı kolcuqlar, nisbətən yaxşı rütubətlənən hissələrdə isə dənli bitkilər, şorangə bitki qrupları üstünlük təşkil edir.

Torpaqəmələgətirən süxurları

[redaktə | mənbəni redaktə et]

Müxtəlif tərkibə və mənşəyə, yaşa malik lössbənzər gillicələrdir. Burda Xəzər transqressiyasının dördüncü dövr çöküntülərindən, aşağı poleozoyun metomorfik və püskürmə süxurlarına qədər rast gəlinir. Bəzi rayonlarda qədim delta çöküntüləri üzərində geniş qumluqlar yayılmışdır. Bu cür sahələrə Rusiya Federasiyasının Həştərxan vilayətiQazaxıstanın Aral dənizi sahili ərazilərində təsadüf olunur.

  1. Quliyev İ.Ə. Ümumi torpaqşünaslıq və torpaq coğrafiyası Bakı 2014

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]