Quru yataq-daimi sabit axını olmayan çay yataqlarına deyilir. Quru yataqlar ancaq nadir hallarda düşən yağışların əmələ gətirdiyi müvəqqəti axınların yataqları olub, quraq iqlim zonaları üçün xarakterikdir. Quru yatağa Afrikada və Ərəbistanda "vadi", Avstraliyada "krik", Orta Asiyada "uzboy" deyilir. Quru yataqların bəziləri keçmiş humid iqlim çaylarının yataqları olmuşdur.[1]