Qusar sinaqoqu

Qusar sinaqoqu - Qubadakı Qırmızı Qəsəbədə yerləşən məbəd.

Sinaqoq çayın sahilində, təpənin üzərində yerləşir. Məbədin hündürlüyü 14 metrdir. Sinaqoq hər tərəfdən dörd kiçik bürclə və iki çadır şəkilli qüllə ilə əhatə olunmuşdur. Qüllələrin günbəzi və onların iti milləri Qırmızı Qəsəbənin əsas simvolları sayılır.

Taxta çərçivələrlə və gözəl ornamentlə bəzədilmiş məbəd mükəmməl görünür. “Qusar” sinaqoqunun da böyük dua otağı vardır. Burada Tövratın və digər dini kitabların saxlanılması üçün iri dolab yerləşir. Dolab “Aronhokodeş”, yəni “Müqəddəs Mürcü” adlanır. Mürcü doqquz gözdən ibarətdir. Dolabın hər bir gözü ikilaylı qapı ilə örtülmüşdür.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Müəllif: Anar Əlizadə- "Cəmiyyət və Din" qəzeti