Qusinoe gölü — Yeni Torpaq arxipelaqına daxil olan, Cənub adasının ən böyük yarımadası olan Qusinaya Zemlya yarımadasında yerləşən göl. İnzibati cəhətdən Rusiyanın Arxangelsk vilayəti ərazisinə daxildir. Gölün su səthinin sahəsi 15,8 km², su toplayıcı sahəsi isə 299 km² təşkil edir. Gölün cənub sahilində bir ovçu daxması vardır. Qərbdən gölə kiçik Arxoyaxa çayı tökülür. Göldən axan çaylar Litke körfəzinə tökülür. Gölün gərbində kiçik adalar vardır.
Qusinoe gölü | |
---|---|
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 14 m |
Eni | 5,12 km |
Uzunluğu | 4,42 km |
Sahil uzunluğu | 19,02 km |
Sahəsi | 15,8 km² |
Minerallaşma tipi | Şirinsulu |
Yerləşməsi | |
72°00′25″ şm. e. 52°06′32″ ş. u. | |
Ölkə | Rusiya |
Yerləşməsi |
Arxangelsk vilayəti (Rusiya) |
|
Göldə çoxlu balıq vardır. Tüktökmə dönəmində burada çoxlu sayda qaz müşahidə etmək olar[1].