Qustavo Enrike Zlokkovik Silva

Çimərlik Futbolu üzrə rəsmi FIFA təlimatçısı olan mütəxəssis 1977-ci il fevralın 23-də Braziliyada anadan olub. Braziliyanın "America-MG" (2004) klubunda məşqçi köməkçisi kimi çalışan Q. Silva "Northist" (2002), "Ulbra-Ro" (2005), Rusiyanın "TIM" (2006-2007) klublarını, həmçinin Portuqaliya (2003), Rusiya (2005), Bəhreyn (2006/07) milli komandalarını çalışdırıb. 2006 və 2008-ci illərdə Çimərlik futbolu üzrə dünya yığmasının məşqçisi olan braziliyalı kifayət qədər nailiyyətlər də əldə edib. Beş il əvvəl Avropa Liqasının 3 mərhələsində yetirmələri çempion olan 31 yaşlı mütəxəssis Portuqaliya və qitə çempionu tituluna da yiyələnib. 2004-cü ildə Braziliya, növbəti il Rondonia ştatının qalibi olan Q. Silva iki il əvvəl Asiya və Rusiya çempionluğuna sevinib. Dünya çempionatında isə onun yetirmələri 6-cı yerlə kifayətlənib.

Qeyd edək ki, çimərlik futbolu və futzal üzrə beynəlxalq seminarlardakı mühazirələri ilə də tanınan Q. Silva Karlos Alberto Torresdən sonra Azərbaycana dəvət olunan ikinci braziliyalı baş məşqçidir.