Qvatemala (isp. La Nueva Guatemala de la Asunción, Ciudad de Guatemala) — Qvatemalanın paytaxtı, həmçinin Mərkəzi Amerikanın ən böyük şəhəri. Şəhər mərkəzindən 3 kilometr məsafədə Beynəlxalq La Aurora Aeroportu yerləşir. Şəhərin bütün departamentlərin mərkəzləri və qonşu dövlətlərin paytaxtları ilə avtobus əlaqəsi vardır.
Qvatemala | |
---|---|
Ciudad de Guatemala | |
14°36′35″ şm. e. 90°31′30″ q. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 25 iyul 1524[1] |
İlk məlumat | 1524 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 1.500 ± 1 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 1001–1073 |
Digər | |
muniguate.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Qvatemala şəhərində 1 milyondan çox əhali yaşayır (şəhərətrafı qəsəbələrdə 2,5 milyon əhali var. Milli tərkibə görə mayyaların törəmələri olan hindulara (40 %), metis-ladinolara və Avropa əsilli xalqların nümayəndələrinə bölünür, (əsasən ispanlar).
Rəsmi dil ispan dilidr, Həmçinin paytaxtda 25 yerli dil nümayəndələri var. Onlardan 23-ü mayya dilləri, Karib zəncilərinin dili olan qarifuna və şinka dili.
Əsas kütlə katolik dininə (60 %) və protestantlığa sitayiş edir, Həmçinin şəhərdə sinaqoq, məscid və pravoslav kilsəsi vardır.
Qvatemala şəhərində 11 universitet vardır (1 Milli və 10 özəl universitet). Bundan başqa İspaniya, Meksika və ABŞ universitetlərinin şəhərdə nümayəndəlikləri vardır (magistratura səviyyəsində).