Qvido Kavalkanti

Qvido Kavalkanti (təq. 1258, Florensiya[1]29 avqust 1300, Florensiya[1]) — Florensiyada fəaliyyət göstərmiş "Yeni şirin üslub" məktəbinin başçısı, italyan yazıçısı.

Qvido Kavalkanti
it. Guido Cavalcanti
Doğum tarixi təq. 1258
Doğum yeri
Vəfat tarixi 29 avqust 1300
Vəfat yeri
Vəfat səbəbi malyariya
Uşağı 2
Fəaliyyəti şair, yazıçı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qvido Kavalkanti (təx.1260-1300) Florensiyada zəngin bir ailədə dünyaya gəlib, əsilzadə qvelf nəslinə məxsus idi. Florensiya cəmiyyəti "ağ" və "qara" qvelf partiyalarına bölünən zaman Qvido da Dante kimi "ağların" rəhbərlərindən biri olmuşdur. Onun Korso Donatinin başçılıq etdiyi "qaralarla"toqquşmaları Florensiya üçün bir təhlükə mənbəyi idi. Ona görə də şəhər rəhbərliyi 1300-cü ildə onların hər ikisini şəhərdən sürgün etmişdir. Tezliklə Qvido əfv edilmiş, ancaq o, sürgün zamanı xəstələnmiş, elə həmin il 1300-cü ildə də dünyasını dəyişmişdir.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Qvido Kavalkanti Florensiyada mövcud olmuş "Yeni şirin üslub"məktəbinin başçılarından biri olmuşdur. Dante dövründə Florensiyanın "Yeni şirin üslub"məktəbinə Canni Alfani, Lappo Cani, Çino da Pistoyya,Dino Freskobaldi kimi şairlər daxil idi. Bunların içərisində ən qüdrətlisi Qvido Kavalkanti olmuşdur ki,Dante "Yeni Həyat"əsərində onu özünün birinci dostu adlandırmışdır.Qvido Kavalkanti həddindən artıq yüksək təhsil almışdır, o, məntiqi və təbabəti yaxşı bilirdi. Elmin bu sahələrini o, Aristotelin əsərlərindən və ərəblərdən əxz etmişdir. Qvido çox güman ki, İbn Rüştçü(Averros) və Epikürçü olmuşdur. O, cəsarətlə ruhun ölməzliyini qəbul etmir, bununla da axirət dünyasının cənnət və cəhənnəmin varlığını inkar edirdi. Elə ona görə də sadə adamlar, eləcə də əsilzadə bürgerlər onu allahsız adlandırırdılar. "Mənim madonnamın cöhrəsi gözəldir" kimi ironiya səciyyəli sonetində o, Madonnanın heykəlinin qeyri-adi gücünü ələ salırdı ki, bu da şairin ateist yönlü bir şair olmasını bir daha sübut edirdi. Kavalkantinin fəlsəfə və təbiət elmləri sahələrindəki bilikləri demək olar ki, köklü şəkildə onun dünyagörüşünü və yaradıcılıq üslubunu formalaşdırmışdır. Bu gün Kavalkanti haqqında "özü bilmədən və arzu etmədən"rəssam və şair olmuşdur demək olmaz. Kavalkantinin"Xanım məndən xahiş elədi"fəlsəfi kansonu İbn Rüştün məhəbbət nəzəriyyəsini inkişaf etdirmişdir və bu əsər çox mürəkkəb məzmunludur. Təsadüfi deyil ki, bütün intibah dövrü bir çox görkəmli mütəfəkkir, o cümlədən Marsilio Fiçino bu əsəri şərh etmişlər. Bununla belə, bu əsər Kavalkantinin ziddiyyətli yaradıcılığını dərk etmək üçün bir açar rolunu oynayır. Bu şeirdə şair belə qənaətə gəlir ki, məhəbbət intellekt aləmində deyil, məhz "qəlbin o yerində özünə yuva tapır ki,orada yaddaş var". Məhəbbət-Kavalkantinin şeirlərində Qvinisellidə olduğu kimi, şənlənmənin seyri deyil, güclü ehtirasların oyunudur. Onun şeirlərində tez-tez çaşqınlıq, əzab, qüssə, qorxu və səsdən də məhəbbət və ölüm ifadələri görünür. Məhəbbət Kavalkanti üçün insanın ən yüksək mənəviyyatının ifadəsi, onun əzablı-sevincli daxili aləminin rəmzidir.

Dekameron hekayəsində Kavalkanti

[redaktə | mənbəni redaktə et]

Bokaççonun "Dekameron"əsərindəki hekayələrindən birində Qvido Kavalkanti xatırlanır. "Amerika haqqında mühazirələr"kitabında qeyd edildiyi kimi, Bokaçço şairi bizə bir kilsənin qarşısındakı mərmər qəbirlər arasında dolaşan meditativ, ləyaqətli bir filosof kimi təqdim edir. Florensiyanın zəngin və zərif gəncləri at belində şəhəri gəzir, dəvətlər yaradır, Kavalkatini o qədər də sevmirdilər, çünki o, varlı və zəif bir insan olsa da, heç vaxt onlarla qarışmağa razı deyildi, ikinci səbəb isə Kavalkantinin sirli fəlsəfəsinin ateist olduğuna dair şübhə idi. "Bir gün Qvido yol ilə gedirdi. Orada məzarlıq var idi. Messer Betto və dostları onu qəbirlərin arasında görəndə dedilər ki, "gedək onu yerinə qoyaq". Onlar atlarını yırğaladılar və Qvido nə baş verdiyini bilmədən onun yanında oynaq bir hücuma keçdilər. "Qvido sən bizim qrupa qoşulmaqdan imtina edirsən, amma Allahın mövcud olmadığını sübut edəndə nə əldə edəcəksən?"dedilər. Mühasirəyə alındığını görən Qvido cavab verdi: "Cənablar öz evinizdə nə istədiyinizi mənə deyə bilərsiniz". Sonra əlini o hündür qəbir daşlarından birinə qoydu və özünü sıçrayışla o biri tərəfə atdı, onların əlindən qurtulub öz yolu ilə getdi". Yuxarıdakı mətn parçasını Kavalkantinin Averroist fəlsəfəsi ilə əlaqələndirirlər. Covanni Bokkaççoya görə, Qvido Kavalkanti dünyanın ən yaxşı məntiqçilərindən biri, ən yaxşı təbiət filosofu, görkəmli, hörmətli, natiq insandır.[2]

  1. 1 2 3 4 Deutsche Nationalbibliothek Record #118519778 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  2. Cəlil Nağıyev. Qərbi Avropa ədəbiyyatı. 2019. 213, 214.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

Топорова Анна Владимировна. «Spiriti» и «spiritelli» у Гвидо Кавальканти и Данте Алигьери..