Rövşən Eyyubov

Rövşən Eyyub oğlu Eyyubov (19 avqust 1976, Kirovabad) — Azərbaycan DİN-nin Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin rəisi, polis polkovniki.

Rövşən Eyyubov
bayraq
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin Rəisi
bayraq2
Vəzifədədir
25 iyun 2018-ci ildən
ƏvvəlkiNaib Əkbərov
bayraq
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsi rəisinin birinci müavini
bayraq2
2017 – 2018
ƏvvəlkiSultan Zeynalov
SonrakıNaib Əkbərov
Şəxsi məlumatlar
Doğum tarixi 19 avqust 1976(1976-08-19) (47 yaş)
Doğum yeri
Hərbi xidmət
Rütbəsi
Polis polkovniki

Təltifləri "İgidliyə görə" medalı

Həyatı[redaktə | mənbəni redaktə et]

Rövşən Eyyub oğlu Eyyubov 1973-cü il avqustun 19-da Azərbaycanın Gəncə şəhərində dünyaya gəlmişdir. 1983-cü ildə 43 saylı N. Rəfibəyli adına orta məktəbdə təhsilə başlamışdır. 1993-cü ildə Bakı Dövlət Universitetinin Filoloqiya fakültəsinə qəbul olmuşdur.

1997-ci ildə Milli Qvardiyaya hərbi xidmətə çağırılmışdır. 1999-cu ildə Prezident Mühafizə xidmətində yüksək vəzifəli şəxslərin qoruyucusu işləmişdir. 2000-ci ildə Mərdəkan Polis Akademiyasının hüquqşünas fakültəsinə qiyabi daxil olmuşdur.

2001-ci ildən Daxili İşlər Nazirliyində Baş Kadrlar Idarəsinin şöbə rəisi vəzifəsində çalışır.

2004-cü ildə Prezident yanında Dövlət İdarəetmə Akademiyasının hüquqşünaslıq fakültəsinə daxil olmuşdur.

2011-ci ildə "Yaxşı əməl heç vaxt gizli qalmır" adlı kitabı çap edilmişdir. Prezidentin şəxsi kitabxanasında saxlanılır.

2012-ci ildə polis əməkdaşlarını maarifləndirilməsi üçün "Narkomaniya ilə mübarizə" adında tədris kitabı dərc olunmuşdur.

Rövşən Eyyubov Daxili İşlər orqanlarına aid bir neçə tədris kitablarının müəllifidir.

2014–2015-ci illərdə "Heydərlə Azərbaycan" və "Heydərlə Azərbaycan 2" musiqi əsərlərinin bəstələmişdir. AzTV-nin qızıl fondunda saxlanılır.

Mükafatları[redaktə | mənbəni redaktə et]

  • 2011-ci ildə İgidliyə görə prezident İlham Əliyev tərəfindən medalla təltif olunmuşdur.
  • DİN fərqlənmə medalları ilə təltif olunmuşdur.
  • Daxili işlər orqanının usta dərəcəsi.

İstinadlar[redaktə | mənbəni redaktə et]

https://commons.wikimedia.org/wiki/File:R%C3%B6v%C5%9F%C9%99n_Eyyubov.jpg https://commons.wikimedia.org/wiki/File:R%C3%B6v%C5%9F%C9%99n_Eyyubov.jpg Rövşən Eyyubov