Rövşən Hüseynov 1968-ci il dekabr ayının 15-dən (14 yaşından) Naxçıvan Dövlət Musiqili Dram Teatrında aktyor işləyir. 1971-ci ildə A.Makayonkun "Tribunal" traki-komediyasında oynadığı Volodka rolu ona böyük uğur gətirmişdir. O, ildən bəri bir çox klassik və müasir müəlliflərin tamaşlarında müvəfəqiyyətlə çıxış etmişdir. Son illərdə teatrda rejissor kimi də fəaliyyət göstərir.
R.Hüseynov 1987-ci ildə Azərbaycan Respublikasının Əməkdar, 2008-ci ildə isə Xalq artisti fəxri adına layiq görülmüşdür. 2006-cı ildə və 6 may 2023-cü ildə[1] Prezident Mükafatına layiq görülmüşdür.
Qarağaclar altında məhəbbət (Yuqil O.Nil) — Semyon
Müsyo Jordan və Dərviş Məstəli şah (M.F.Axundov) — Müsyo Jordan
Anamın kitabı (C.Məmmədquluzadə) — Rüstəm bəy
İtirilmiş sima (Vayzenqo) — Lafter
Astana (A.Dudayev) — Sarqay
Məni qınamayın (Hidayət) — Məmiş
Nadir şah (N.Nərimanov) — Ədhəm xan; Heydər xan
Arzum çin olsun (R.İçərişəhərli) — Bəbir
Bəxt üzüyü (V.Səmədoğlu) — Hüseyn
Atabəylər (N.Həsənzadə) — Ayəba
Rejissor kimi quruluşu verdiyi tamaşalar
Koroğlu nəsli (H.Elsevər)
Sehirli yaylıq (V.Qubarev)
Ana laylası (İ.Coşqun)
Hökmdar və qızı (İ.Əfəndiyev) 5.Göz həkimi (İ. Səfərli). 6.Qaravəlli (Anar) 7. Yazığam sevmə məni. (Ə. Əylisli) 8 Vəzifə (Ə. Əylisli). 9.Qız atası (Ə. Əsgərov) 10 Həmyerliləri (A. Məmmədov). və başqaları.