Rövşən Sadıxov

Sadıxov Rövşən Oqtay oğlu — Sumqayıt şəhər İcra hakimiyyəti başçısının 1-ci müavini.

Rövşən Sadıqov
Rövşən Oqtay oğlu Sadıqov
bayraq
Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının I müavini
bayraq2
2000 – 2001
bayraq
İsmayıllı rayonu İcra Hakimiyyətinin başçısı
bayraq2
11 may 2005 – 6 sentyabr 2006
bayraq
Gəncə şəhər icra hakimiyyəti başçısının I müavini
bayraq2
9 sentyabr 2006 – mart 2011
bayraq
Sumqayıt şəhər İcra hakimiyyəti başçısının I müavini
bayraq2
2011 – 2015
Şəxsi məlumatlar
Doğum tarixi (64 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ

Rövşən Sadıxov 26 iyun 1960-cı ildə Laçın rayonunda anadan olmuşdur. 1977-ci ildə Bakı şəhəri 62 saylı orta məktəbi qızıl medalla bitirmişdir. Heydər Əliyevin göndərişi ilə 1977-ci ildə S. Orconikidze adına Moskva İdarəetmə İnstitutuna daxil olmuşdur. 1982-ci ildə həmin institutu bitirmişdir. 1996-cı ildə Azərbaycan Beynəlxalq Universitetinin hüquq fakültəsinə daxil olmuşdur. 1999-cu ildə həmin universiteti bitirmişdir.

1982-ci ilin noyabr ayından 1986-cı ilin fevral ayına kimi Azərbaycan Sənayetikinti Nazirliyi "Sənayetikintimexanizasiya" trestinin 1 saylı Xüsusiləşdirilmiş Mexanizasiya İdarəsində usta, iş icraçısı vəzifələrində çalışmış. 1986–1994-cü illərdə 1 saylı Xüsusiləşdirilmiş Mexanizasiya İdarəsinin Həmkarlar İttifaqı komitəsinin sədri, "Azərtəmirtikintiməişət" trestinin Həmkarlar İttifaqı Komitəsinin sədri, Azərbaycan Respublikası Tikinti Materialları Sənayesi nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifələrində işləmişdir.

1994–2000-ci illərdə Azərbaycan Respublikası Vergilər Nazirliyində, Kassa Aparatlarının Nəzarəti və Tətbiqi şöbəsinin rəisi, İnzibati və Maliyyə Təminatı İdarəsinin rəis müavini, sonradan isə Nağd Hesablaşmaların Aparılması Qaydalarına Nəzarət İdarəsinin rəisi vəzifələrində çalışmışdır.

2000–2001-ci illərdə Nizami rayon İcra hakimiyyəti başçısının 1-ci müavini vəzifəsində işləmişdir. Əmək fəaliyyətini 2001–2005-ci ilərdə "Aqrarkredit" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatında müxtəlif vəzifələrdə davam etdirmişdir.

2005–2006-cı illərdə İsmayıllı rayon İcra hakimiyyətinin başçısı vəzifəsində, 2006–2011-ci illərdə isə Gəncə şəhər İcra hakimiyyəti başçısının 1-ci müavini vəzifəsində işləmişdir.

2011-ci ildə Sumqayıt şəhər İcra hakimiyyəti başçısının 1-ci müavini vəzifəsinə gətirilmişdir.

3-cü dərəcəli Baş Dövlət Vergi Xidməti müşaviri rütbəsi və Dövlət qulluğunun müşaviri ixtisas dərəcəsini almışdır.

2006-cı ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2015-ci il tarixli Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilmişdir.

Ailəlidir, iki övladı var.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Рино Харниш совершает поездку в Исмаиллы и Шеки news.day.az (rus.)
  2. Gəncədə "Azərbaycan milli mətbuatı 135: tarixi nailiyyətlər və perspektivlər" mövzusunda konfrans keçirilib [ölü keçid]