Rövşən Xəlilov (tam adı: Xəlilov Rövşən Məqsəd oğlu; d. 8 noyabr 1990, Mingəçevir, Azərbaycan SSR, SSRİ) — Azərbaycan pauerliftinqçisi, 6 qat dünya, 3 qat Avropa, 12 qat Respublika çempionu,12 qat Azərbaycan Kubokunun qalibi, Dünya və Avropa kubokunun sahibi, Beynəlxalq dərəcəli idman ustası[1],Baş leytenant[2]. Peşəkar divizionda (ProDivision) çempion və dünya rekordunu qıran ilk azərbaycanlı idmançı[3].
Rövşən Xəlilov | |
---|---|
Xəlilov Rövşən Məqsəd oğlu | |
Şəxsi məlumatlar | |
Vətəndaşlığı | Azərbaycan |
Milliyəti | azərbaycanlı |
Doğum tarixi | |
Doğum yeri | Mingəçevir, Azərbaycan SSR, SSRİ |
Təhsili | Bakı İslam Universiteti |
İxtisası | şərqşünas |
İdman növü | Pauerliftinq |
Karyera illəri | 2010 – h. h. |
Məşqçisi | Azər Mustafayev |
Boyu | 167 sm |
Çəkisi | 75 kq |
İdman dərəcəsi | beynəlxalq dərəcəli idman ustası |
Ağırlıq dərəcəsi | 75 |
Komandası | Azərbaycan Milli Poverliftinq komandası |
Hərbi rütbəsi | |
8 noyabr 1990-cı il tarixində Azərbaycan SSR-nin Mingəçevir şəhərində anadan olub.
1997-2008-ci illərdə Mingəçevir şəhərinin 1 No:li tam orta məktəbində təhsil alıb. 2008-2013-cü illərdə Bakı İslam Universitetinin Şərqşünaslıq fakultəsində ali təhsilini davam etdirib.
2013-cü ildə universiteti bitirdikdən sonra, hərbi xidmətə yollanıb. Kiçik çavuş rütbəli kəşfiyyatçı kimi, hərbi xidmətdən ehtiyata buraxılıb.
2016-cı ildən etibarən Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşıdır.[4] Xüsusi riskli xilasetmə xidmətində ilk öncə gizir rütbəsində mütəxəssis-mühafizəçi, 2018-ci ildən etibarən mütəxəssis-xilasedici vəzifəsində işləyib. 2020-ci ildə, idman və iş fəaliyyətindəki uğurları nəzərə alınaraq, leytenant hərbi rütbəsi alıb.
İdmana marağı 7 yaşından yaranıb. Uşaqlıqdan gənclik yaşlarına kimi güləşlə məşğul olub və ölkə birinciliklərində iştirak edib. Sambo idman növü üzrə 2009-cu ildə Azərbaycan çempionatının bürünc medalçısı olub.
Tələbə illərində pauerliftinqlə (ağırlıq qaldırma) maraqlanıb və bu idman növü ilə professional şəkildə məşğul olmağa başlayıb. 2010-2019-cu illər ərzində, ardıcıl 10 dəfə ölkə çempionu olub. Azərbaycan Kubokunun da sahibidir.
2017, 2018 və 2019-cu illərdə Azərbaycanda keçirilmiş, pauerliftinq üzrə Ulu Öndər Heydər Əliyevin adında beynəlxalq turnirlərin qalibi olub. 2015-ci ildə Türkiyədə keçirilmiş "Boğaziçi Kuboku"nun qalibidir.
2016-cı ildə Gürcüstanda keçirilmiş Qafqaz çempionatının qalibi. GPA-IPSU vesiyası üzrə Dünya Superkubokunun sahibi. 75 kg çəki dərəcəsində, 2013, 2017 və 2019-cu illərdə Avropa çempionu, 2017, 2018 (2 dəfə) və 2019-cu illərdə dünya çempionu olub.
2014-2019-cu illərdə Mas Wrestling üzrə Azərbaycan çempionatlarının qalibi və mükafatçısı olub. 2018-ci ildə Mas Wrestliq üzrə Avropa Çempionatının bürünc mükafatçısı. Mas Wrestling idman növü üzrə məşqçi dərəcəsinə sahibdir.
2020 - Strongman (ən güclü kişi) idman növü üzrə Azərbaycan çempionudur.[5]