Rövşən Xəlilov (pauerliftinqçi)

Rövşən Xəlilov (tam adı: Xəlilov Rövşən Məqsəd oğlu; d. 8 noyabr 1990, Mingəçevir, Azərbaycan SSR, SSRİ) — Azərbaycan pauerliftinqçisi, 6 qat dünya, 3 qat Avropa, 12 qat Respublika çempionu,12 qat Azərbaycan Kubokunun qalibi, Dünya və Avropa kubokunun sahibi, Beynəlxalq dərəcəli idman ustası[1],Baş leytenant[2]. Peşəkar divizionda (ProDivision) çempion və dünya rekordunu qıran ilk azərbaycanlı idmançı[3].

Rövşən Xəlilov
Xəlilov Rövşən Məqsəd oğlu
Şəxsi məlumatlar
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyəti azərbaycanlı
Doğum tarixi (33 yaş)
Doğum yeri Mingəçevir, Azərbaycan SSR, SSRİ
Təhsili Bakı İslam Universiteti
İxtisası şərqşünas
İdman növü Pauerliftinq
Karyera illəri 2010h. h.
Məşqçisi Azər Mustafayev
Boyu 167 sm
Çəkisi 75 kq
İdman dərəcəsi beynəlxalq dərəcəli idman ustası
Ağırlıq dərəcəsi 75
Komandası Azərbaycan Milli Poverliftinq komandası
Hərbi rütbəsi

Bioqrafiyası[redaktə | mənbəni redaktə et]

8 noyabr 1990-cı il tarixində Azərbaycan SSR-nin Mingəçevir şəhərində anadan olub.

Təhsili[redaktə | mənbəni redaktə et]

1997-2008-ci illərdə Mingəçevir şəhərinin 1 No:li tam orta məktəbində təhsil alıb. 2008-2013-cü illərdə Bakı İslam Universitetinin Şərqşünaslıq fakultəsində ali təhsilini davam etdirib.

Hərbi xidmət[redaktə | mənbəni redaktə et]

2013-cü ildə universiteti bitirdikdən sonra, hərbi xidmətə yollanıb. Kiçik çavuş rütbəli kəşfiyyatçı kimi, hərbi xidmətdən ehtiyata buraxılıb.

İş yeri[redaktə | mənbəni redaktə et]

2016-cı ildən etibarən Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşıdır.[4] Xüsusi riskli xilasetmə xidmətində ilk öncə gizir rütbəsində mütəxəssis-mühafizəçi, 2018-ci ildən etibarən mütəxəssis-xilasedici vəzifəsində işləyib. 2020-ci ildə, idman və iş fəaliyyətindəki uğurları nəzərə alınaraq, leytenant hərbi rütbəsi alıb.

İdmançı karyerası[redaktə | mənbəni redaktə et]

İdmana marağı 7 yaşından yaranıb. Uşaqlıqdan gənclik yaşlarına kimi güləşlə məşğul olub və ölkə birinciliklərində iştirak edib. Sambo idman növü üzrə 2009-cu ildə Azərbaycan çempionatının bürünc medalçısı olub.

Tələbə illərində pauerliftinqlə (ağırlıq qaldırma) maraqlanıb və bu idman növü ilə professional şəkildə məşğul olmağa başlayıb. 2010-2019-cu illər ərzində, ardıcıl 10 dəfə ölkə çempionu olub. Azərbaycan Kubokunun da sahibidir.

2017, 2018 və 2019-cu illərdə Azərbaycanda keçirilmiş, pauerliftinq üzrə Ulu Öndər Heydər Əliyevin adında beynəlxalq turnirlərin qalibi olub. 2015-ci ildə Türkiyədə keçirilmiş "Boğaziçi Kuboku"nun qalibidir.

2016-cı ildə Gürcüstanda keçirilmiş Qafqaz çempionatının qalibi. GPA-IPSU vesiyası üzrə Dünya Superkubokunun sahibi. 75 kg çəki dərəcəsində, 2013, 2017 və 2019-cu illərdə Avropa çempionu, 2017, 2018 (2 dəfə) və 2019-cu illərdə dünya çempionu olub.

2014-2019-cu illərdə Mas Wrestling üzrə Azərbaycan çempionatlarının qalibi və mükafatçısı olub. 2018-ci ildə Mas Wrestliq üzrə Avropa Çempionatının bürünc mükafatçısı. Mas Wrestling idman növü üzrə məşqçi dərəcəsinə sahibdir.

2020 - Strongman (ən güclü kişi) idman növü üzrə Azərbaycan çempionudur.[5]

Dərəcələri[redaktə | mənbəni redaktə et]

  • 2018 - Azərbaycan Respublikasının idman ustası.
  • 2019 - Beynəxalq Dərəcəli idman ustası.[6]

Uğurları[redaktə | mənbəni redaktə et]

  • 22-24.03.2013 - Bakı, Azərbaycan, Avropa cempionatı, 67,5 kq, I yer (BP Raw IPA - 145 kg)[7]
  • 30.05.2017 - Bakı, Azərbaycan, Heydər Əliyev adına Beynəlxalq turnir, 75 kq, I yer.
  • 08-12.06.2017 - Soçi, Rusiya, Avropa Kuboku, 75 kq, I yer (PL Raw Pro - 622,50 kg)[8]
  • 03-05.11.2017 - Rusiya, Dolqoprudnıy, Dünya Cempionatı, 75 kq, I yer (pl raw - 632,50 kg)[9]
  • 04-07.10.2018 - Rusiya, Moskva, Dünya Cempionatı, 75 kq, I yer (PL raw - 632,50 kg)[10]
  • 30.05.2018 - Bakı, Azərbaycan, Heydər Əliyev adına Beynəlxalq turnir, 75 kq, I yer.[11]
  • 05-11.11.2018 - ABŞ, Florida, Orlando, Dünya çempionatı, 75 kq, I yer (PL Raw - 657,5 kg)[12][13]
  • 29.05.2019 - Bakı, Azərbaycan, Heydər Əliyev adına Beynəlxalq turnir, 75 kq, I yer.
  • 10-12.05.2019 - Rusiya, Sankt-Peterburq, Avropa cempionatı, 75 kq, I yer (Benchpress - 172,5 kg)[14]
  • 10-12.05.2019 - Rusiya, Sankt-Peterburq, Avropa cempionatı, 75 kq, I yer (Total - 650 kg)[15]
  • 04-07.12.2019 - Rusiya, Moskva, Dünya cempionatı, 75 kq, I yer (PP Benchpress 173 kg, Deadlift 287,5 kg)[16]
  • 04-07.12.2019 - Rusiya, Moskva, Dünya cempionatı, (PL Raw - 685,5 kg)[17]
  • 12-13.09.2020 - Bakı, Azərbaycan, "Strongman" idman növü üzrə Azərbaycan çempionatı, I yer, 80 kg.[18]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Mingəçevirli gənc mükafatlandırıldı". 2021-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-04.
  2. Dünya çempionumuza zabit rütbəsi verildi - FOTO
  3. Azərbaycanın 12 idmançısı dünya çempionu oldu[ölü keçid]
  4. "FHN-in əməkdaşı Azərbaycan Kubokunun qalibi olub". 2022-08-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-04.
  5. "Rövşən Xəlilov Azərbaycan çempionu olub". 2021-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-04.
  6. "Çempion idmançımız mükafatlandırıldı - FOTOLAR". 2021-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-04.
  7. European Championships 2013 Result # 444861: Khalilov Rovshan Arxivləşdirilib 2021-10-28 at the Wayback Machine (ing.)
  8. Final European Cup Arxivləşdirilib 2021-10-27 at the Wayback Machine (ing.)
  9. WPC Worlds - pl raw Arxivləşdirilib 2021-10-28 at the Wayback Machine (ing.)
  10. World championship (powerlifting) - PL raw Arxivləşdirilib 2021-10-27 at the Wayback Machine (ing.)
  11. "FHN-nin idmançısı Rövşən Xəlilov yenidən Çempion oldu". 2021-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-04.
  12. World Championships/bp-sp 2018 World Championships Khalilov Rovshan Arxivləşdirilib 2020-02-09 at the Wayback Machine (ing.)
  13. "Четыре азербайджанца стали чемпионами мира в США". 2020-08-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-03.
  14. European Championship WRPF/WEPF 2019 Result # 1142614: Khalilov Rovshan Arxivləşdirilib 2021-10-28 at the Wayback Machine (ing.)
  15. European Championship WRPF/WEPF 2019 Result # 1142506: Khalilov Rovshan Arxivləşdirilib 2021-10-27 at the Wayback Machine (ing.)
  16. WRPF World Championships Result # 1227674: Khalilov Rovshan Arxivləşdirilib 2021-10-28 at the Wayback Machine (ing.)
  17. WRPF World Championships Result # 1227283: Khalilov Rovshan Arxivləşdirilib 2021-10-28 at the Wayback Machine (ing.)
  18. "Rövşən Xəlilov Azərbaycan çempionu olub". 2021-05-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-04.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]