Rüşdü Onur

Rüşdü Onur — (3 avqust 1920, Osmanlı imperiyası2 dekabr 1942, İstanbul) İyirmi iki yaşında vərəm xəstəliyindən vəfat etmişdir. Özü kimi gənç yaşında vərəmdən vəfat edən dostu Müzəffər Tayyib Uslu ilə birlikdə ölümlərindən sonra ki illərdə dərc olunan hər şeir antologiyasında qısa həyat hekayələri və şeirləri "Zonquldağ şairləri" olaraq dərc olunmuşdur. Müzəffər Tayyib Uslu kimi o da Behcət Necatigilin tələbəsidir. Həyatı "Kəpənəyin Yuxusu" adlı filmə çəkilmişdir.

Rüşdü Onur
Doğum tarixi 3 avqust 1920(1920-08-03)
Doğum yeri
Vəfat tarixi 2 dekabr 1942(1942-12-02) (22 yaşında)
Vəfat yeri
Vəfat səbəbi vərəm
Fəaliyyəti şair

3 avqust 1920-ci ildə Devrəkdə anadan olmuşdur. Atası , kənd müəllimi olan Məmməd Əmin Onur, anası isə Fikriyyə xanımdır. Ailənin ən böyük övladı olan Rüşdü Onurun, Hüseyin və Saffət adlarında iki oğlan qardaşı var idi. Ilk təhsilini 1933-cü ildə Devrəkdə bitirdikdən sonra Kastamonuda başladığı orta məktəbi Zonquldağda, Zonquldağ Məmmd Çəlikəl Liseyində dəvam etdirdi. Vərəmə yoluxduğu üçün 1938-ci ildə təhsilinə bir il fasilə vermək məcburiyyətində oldu. Sonraki il təkrar məktəbə başlasa da artıq məktəb mühitindən uzaqlaşdığı üçün təhsilinə dəvam edə bilmədi. Məktəbdən ayrıldıqdan sonra "Maliyyə Varidat Məmur Köməkcisi" olaraq Ereğli kömür idarə etmələrində işləməyə başladı. Xəstəliyinin şiddətləndiyi 1941 – 1942 illərini iş və xəstəxana arasında keçirən Onur, Zonquldağ M. Çəlikəl Liseyində bir il müəllimlik edən Bəhcət Necatigil və yaxın dostu olan şair Müzəffər Tayyib Uslu ilə birlikdə Zonquldağda çıxan jurnal və qəzetlərdə və İstanbulda dərc olunan Dəyirman məcmuasında şeir və yazıları nəşr olundu. Səhhəti pisləşincə İstanbula gedərək Heybəliadada ki Sanatoryumda mualicə olundu. Istanbul – Zonquldağ arası səfər edən "Anafartalar Gəmisində" Mədiha Səssiz ilə tanış oldu. Mədiha Səssiz Kandilli (Çıraqlı) liseyini bitirdiyi il Qarabük Dəmirçelik Fabrikinin açdığı məmuriyyət imtahanını verərək burada bir müddət məmurluq etdi. Qarabükdən qəflətən nərəhatlaşan Səssizin xəstəliyinin nə olduğu bilinməyincə İstanbula getdi və Heybəliada Sanatoriyasında müalicə olundu. Daha sonra xəstəxanadan ayrıldı. Xəstəliyi daha da şiddətləndi. Beşiktaşlı həkim Əhməd bəy xəstəliyinin qarın zəri yarası olduğunu desədə artıq çox gec idi. Bu vaxt içərisində Rüşdü ilə evlənən Mədiha Səssiz, çox keçmədən vəfat etdi. Həyat yoldaşının vəfatından sonra Rüşdü Onurundə xəstəliyi şiddətlənərək ağırlaşdı. Beləliklə Beşiktaşda şair Leyla küçəsindəki evində 2 dekabr 1942-ci ildə dünyasını dəyişdi. Ortakənd məzarlığına dəfn edildi. Salah Birsəl adında ki şair tərəfindən 1956-cı ildə şeirləri və digər yazılarını Rüşdü Onur adlı kitabda dərc edildi. Rüşdü Onurun xəstəliyi səbəbiylə həyatının çox qısa olacağını bilərək yaşadı və şeirlərinədə bu hissi əks etdirdi. Adı, ölümündən sonra hər zaman özü kimi gənc yaşda vəfat edən şair Müzəffər Tayyib Uslu ilə anıldı.

Ölümündən sonra

[redaktə | mənbəni redaktə et]

1938-ci ildən etibarən doğum yeri olan Devrəkdə adına anım günləri təşkil edilməkdədir. — Əlvida adlı şeiri 1985-ci ildə musiqiçi Sürəyya Ağbaş tərəfindən bəstələndi. — Şairin çıxarmaq istədiyi amma sağlığında gərçəkləşdirənmədiyi jurnal, Şehər adı ilə 2004 ilindən bəri aylıq olaraq Devrəkdə şair – yazar İbrahim Tığ tərəfindən 75 sayıdır dərc olunur. - Yılmaz Ərdoğanın 22 fevral 2013-cü ildə yayımlanan Kəpənəyin Yuxusu adlı filmində dostu Müzəffər Tayyib ilə birlikdə həyatları filmə mövzu edilmişdir. Həmin filmdə Onuru Mərt Fırat canlandırmışdır. - Şairin adı Bülənt Ecəvit Universitetində yeni inşa etdirilən çalışma salonuna verilmişdir.

Rüşdü Onur (Ölümündən sonar nəşr olundu, 1956)

Rüşdü Onur, Həyatı – Əsərləri – Şeirləri , İbrahim Tığ, (Qurğu Kültür Yayınları 2010)

Rüşdü Onur / Məktubun Ovucumda, məktupları, şeirləri, İbrahim Tığ (Qaynaq yayınları 2013)

  1. ^ a b Devrek Belediyesi Web Sitesi, Devrekli Yazar ve Şairler Sayfası [ölü keçid]
  2. ^ Şehir 41, Bilim, Düşün ve Yazın Dergileri Blogu
  3. ^ Rüştü Onur Çalışma Salonu Arxivləşdirilib 2015-12-14 at Archive.today