Rüfət İsmayılov

Rüfət İsmayılov (d. 16 iyun, 1996 Azərbaycan SSR) — Azərbaycanlı cüdoçu.

Rüfət İsmayılov
Şəxsi məlumatlar
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Doğum tarixi (27 yaş)
Doğum yeri Azərbaycan Azərbaycan
Boyu 173 sm
İdman növü cüdo

Həyatı[redaktə | mənbəni redaktə et]

Rüfət İsmayılov 16 iyun 1996-ci ildə anadan olmuşdur. Cüdo idman növünə uşaqlıqdan maraq göstərmişdir. 7 yaşında cüdo idman növü üzrə məşqlərə başlamış, bir çox cüdo üzrə yarışlarda diplom və medallarla təltif olunmuşdur. 2014-cü ildə Yunanıstanda Avropa çempionatında gümüş medal qazanmışdır. 2015-ci ildə İtaliyada bürünc medal qazanmışdır. 2016-cı ildə 2 qızıl (Yunanısta) Praque), 1 bürünc (Daşkənd) medal qazanmışdır[1].

Karyerası[redaktə | mənbəni redaktə et]

81 kq çəki dərəcəsində mübarizə aparan gənc cüdoçu bildirib ki, qızıl medal qazanması özü üçün gözlənilməz olub. O, qarşıdakı yarışlara daha ciddi hazırlaşacağını söyləyib:

“Ən çətini 3-cü görüşüm oldu, bolqar cüdoçuya qarşı oyunu qeyd edərdim. Təbii ki, finaldakı rəqibim də çox güclü idi. Böyüklər arasında keçirilən yarışlarda yeniyəm. Ona görə də çempionluq gözləmirdim. Bundan sonra da var gücümüzlə məşq edəcəyik. Bundan sonra da ölkəmizi layiqincə təmsil etməyə çalışacağam. Finaldakı rəqibim İran azərbaycanlısı idi, dilimizi bilirdi. Görüşdən sonra iki qardaş kimi söhbət etdik”[1].

Ardıcıllıqla Sünnatulla Əzimov (Özbəkistan), Dorin Qotonoaqa (Moldova), İvaylo İvanov (Bolqarıstan) və Kenya Koharaya (Yaponiya) qalib gələrək, finala vəsiqə qazanan Rüfət İsmayılov, həlledici görüşdə İran idmançısı Səid Mollayini məğlub edib.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Cavid Hüseynov. "Gənc cüdoçu Rüfət Avropaya vəsiqə qazandı" (az.)). gabalafc.az. 14 aprel 2014. 19 mart 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 mart 2018.