Bu məqalənin bəzi məlumatlarının mənbəsi göstərilməmişdir. Daha ətraflı məlumat üçün məqalənin müzakirə səhifəsinə baxa və məqaləyə uyğun formada mənbələr əlavə edib Vikipediyanı zənginləşdirə bilərsiniz. |
Rüfət Hüseynzadə (tam adı: Rüfət Lətif oğlu Hüseynzadə) — əməkdar müəllim, pedaqoji elmlər doktoru.
Rüfət Hüseynzadə | |
---|---|
Rüfət Lətif oğlu Hüseynzadə | |
Doğum tarixi | |
Doğum yeri | Naxçıvan, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ → Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Təhsili | ADPU |
Rüfət Hüseynzadə 1951-ci ildə Naxçıvan şəhərində müəllim ailəsində doğulmuşdur.
XX əsrin ziyalı nəslinə mənsub olan atası Lətif Hüseynzadə (2008-ci ildə 106 yaşında dünyasını dəyişmişdir) "İstiqlal" ordeni ilə təltif olunmuş, "Əməkdar Müəllim" adına layiq görülmüş, tədqiqatçı,alim, pedaqoq olmuşdur.
R.L.Hüseynzadə 1971-ci ildə ADPU-nun pedaqoji fakültəsindən məzun olmuş, Abşeron rayonunda müəllimlik etmiş və 1974-cü ildən isə Azərbaycan Müəllimlər İnstitutunda çalışmaqdadır. İnstitutda əvvəlcə tərbiyə işləri metodkabinetinə metodist vəzifəsinə qəbul olunmuş, 1983-cü ildə pedaqogikanın nəzəriyyəsi və tarixi ixtisası üzrə namizədlik dissertasiyası müdafiə etdikdən sonra pedaqogika kafedrasına müəllim, baş müəllim və dosent vəzifəsinə keçirilmişdir.
2000-ci ildə əlavə təhsil üzrə rəhbər pedaqoji kadrlar fakültəsinə dekan, daha sonra isə institutun bakalavr pilləsində pedaqogika və filologiya fakültəsinə dekan vəzifəsinə seçilmişdir.
R.L.Hüseynzadə 2007-ci ildə pedaqogikanın nəzəriyyəsi və tarixi ixtisası üzrə doktorluq dissertasiyası müdafiə edərək, pedaqoji elmlər doktoru elmi dərəcəsini almış, 2008-ci ildə pedaqogika kafedrasına müdir, professor vəzifəsinə təyin olunmuşdur.
2009-cu ilin 07 dekabrında Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin imzası ilə R.L.Hüseynzadənin şərəfli elmi — pedaqoji əməyi yüksək qiymətləndirilərək ona "Əməkdar Müəllim" adı verilmişdir.
Prof. R.L.Hüseynzadənin əsas tədqiqat sahəsi qədim və orta əsrlər dövründə Azərbaycanda tərbiyə, təhsil və pedaqoji fikir tarixinin öyrənilməsi və araşdırılmasıdır ki, bu sahədə dəyərli əsərlərin müəllifidir. Onun 10-yaxın monoqrafiya, kitab, metodik vəsaiti, bir neçə tədris proqramı və 100-ə yaxın pedaqoji elmin nəzəriyyə və tarixinə dair elmi əsəri nəşr olunmuşdur.
MONOQRAFIYALAR, METODİK VƏSAİTLƏR, KITABLAR
PROQRAMLAR
MƏQALƏLƏR